Akıl var mantık var - 1. Taahhüt etkisi
Bəzən müəyyən işlər görmək üçün təcrübəyə ehtiyac var. Pianinoda ifa edə bilmək üçün, basketbol oynamaq üçün. Bəs daha yaxşı düşünmək üçün? Demək olar ki hər kəs: "Məndən yaxşı…
This piece is in Azerbaijani.
Bəzən müəyyən işlər görmək üçün təcrübəyə ehtiyac var. Pianinoda ifa edə bilmək üçün, basketbol oynamaq üçün. Bəs daha yaxşı düşünmək üçün? Demək olar ki hər kəs: "Məndən yaxşı bilən olacaq?" - deyə ən yaxşı düşünən olduğuna inandığını aşikar edir.
Hər düşündüyümüzü və ya inandığımızı, etdiyimizi və ya dəstəklədiyimiz şeyi şüurlu şəkildə edirik?
Əlbətdəki xeyir, beynimiz çox zaman avtomatik qərarlar verməyə meyilli olur. Bir quş görsək, onun uçacağını bilərik. Bütün quşlar uçur; gördüyümüz quşdur; Deməli bu quş uçacaq. Lakin bu həmişə belə olmur. Özümüzün belə xəbəri olmadan kiçik səhvlər buraxa bilərik.
Bax burda məsələ gəlir çatır podcastımızın mövzusuna.
Podcastı bu linkdən dinləyə, bu linkdən isə youtube-da izləyə bilərsiniz.
Taahhüt etkisi, bizim dildə öhtəlik təsiri mənasını verir.
Öhtəlik təsiri - insanların cəmiyyət, topluluq qarşısında verdiyi söz və ya qərarlara əməl etmə təzyiqi hiss etməsinə deyilir.
Bu təsiri ortaya çıxaran bəzi təcrübələr var, onlardan birini qeyd edək: bir qrup insana elektrik qənaət layihəsinə qatılmağı təklif edirlər. Razılaşan qrupları iki yerə bölürlər, sadəcə ilk hissəyə adlarınım şəhər qazetində yer alacağı qeyd edilir. Təxmin edin görək hansı qrup daha çox işığa qənaət etmiş olur ayın sonunda? Əlbətdə ki, qazetdə adları çıxanlar.
Öhtəlik təsiri, nəinki sözlü, yazılı və ya hər hansı bir qeyd, forma, başqalarının bilməsi şəklində ola bilər. Status kimi paylaşdığınız, dostunuza dediyiniz; hətta kağıza yazıb otağınızdan asdığınız qərar belə öhtəlik təsiri effekti verir. Nəticədə siz o qərarı reallaşdırma təzyiqi hiss edərsiniz.
Öhtəlik təsirinin nə olduğunu və necə işlədiyini bildik. Bəs bizə nə faydası? Bax elə əsas məsələ də burdadır. Öz xeyrimizə işlədə bilərik. Bir layihə reallaşdıracaqsız? Bunu elan edin. Siqareti atacaqsınız? Twit-ləyin. İmtahandan neçə bal yığmaq üçün çalışırsız? Yazın onu kağıza, iş stolunuzun üzərindən divara yapışdırın.
Nəticədə verilən sözə əməl etmək üçün özünüzdə motivasiya hiss edər və həmçinin söz verməyin təsirindən o qərarı reallaşdırmağa çalışarsınız.
Hər şeyi də mən deməyəcəm ki? Bəs kim bundan mənfi mənada işlədir, o da podcasta qalsın. Podcastı dinləyib anladıqlarımı və fikirlərimi yazdım, podcastın hərfi tərcüməsini yox. Dinləyin. 7 dəqiqədi.
Əsas məsələ, etmək istəmədiyiniz və ya edəcəyinizə qərar vermədiyiniz şeyləri insanlar qarşısında dilə gətirməyin. Bu sizdə öhtəlik təsiri yaradar, nəticədə məcburiyyət hiss edərsiniz.
Akıl var mantık var. (Bəyəndim bu podcastı. Növbəti bölümlərin gözləyək.)
Working…