Akıl var mantık var - 2. Sosyal uyum
Əlaqədar əvvəlki yazımda sözünü etdiyim podcast silsiləsinin növbətisinə keçirik.
This piece is in Azerbaijani.
Əlaqədar əvvəlki yazımda sözünü etdiyim podcast silsiləsinin növbətisinə keçirik.
Youtube üzərindən də videosuna baxa bildiyiniz bu bölüm "Sosyal uyum" (Azərbaycan dilində: "İctimai uyğunlaşma") haqqında danışacağıq.
İctimai uyğunlaşma - bir insanın başqalarının fikir və hərəkətlərinə uyğunlaşma təsirinə deyilir.
Gəlin Adaşım tərəfindən aparılan təcrübəyə baxaq.
Qeyd: Təcrübədə "otikinesis" deyilən bir şeydən söz gedir, onu da podcastı dinləməyə və ya videosuna baxmağa sizi təşviq etmək üçün izah etmirəm. Hətta, lap elə həmin təcrübəni də sizə saxlayıram. Mən keçirəm ikinci təcrübəyə.
Biz keçək Solomon Eşin apardığı çubuqlu təcrübəyə. Solomon bu təcrübədə 6 şagirdiylə bərabər bir təcrübə obyekti (üzərində təcrübə aparılan şey/şəxs) qarşısında bir çubuq göstərir. Digər şəkildəki 3 çubuqdan hansı ilə oxşar olduğunu soruşur. 6 şagird verilən 18 sualdan 12sinə qəstlə səhv cavab verirdi. Bu təcrübəyə qatılan şəxslərin 75 faizi ən az 1 sualda səhv cavab verən qrupa qatılmağı seçdi. Bəs bunun səbəbləri nələrdir? Solomon Eşin araşdırmalarına görə təcrübə obyektlərinin verdiyi aşağıdakı 3 səbə var:
Ola bilsin ki qaydaları səhv başa düşmüşəm deyib, qrupa uyğunlaşmağı seçdim.
Bəlkə də mənim gözüm yanılıb, qrupa güvənməyi seçdim.
Düzgün cavabı bilməyimə baxmayaraq, qrupa zidd olmaq istəmədim.
Bəs yaxşı bunun səbəbləri keçmişdən qaynaqlana bilərmi? Qəbilə dövrlərindən hər kəsin getdiyi yerdə qida var, və ya hər kəsin qaçdığı nöqtədə təhlükə var deyib, qrupa uyğunlaşmaq ölməmək ehtimallarınızı artırır. Bəlkə də qrupa uyğunlaşmaq elə ölməmək üçündür?
Keçmiş dövrlərdə proseslər belə ola bilər. Bəs indiki zamanda? Qrupa uyğunlaşmaq, bir qrup içərisində olmaq istəklərimizdən bəzən səhv belə olsa qrup qərarlarına uyğunluq göstəririk.
Yaxın zamanlarda aparılmış başqa bir təcrübə ictimai uyğunlaşmanın yaddaş üzərində də xüsusi təsiri olduğunu ortaya çıxarıb. Gəlin təcrübəyə baxaq:
Bu təcrübə 3 hissədən ibarətdir. İlk hissədə bir video izləyirlər, sonra videoya aid testərə cavab verirlər. Misal üçün videoda bir qadın var. İnsanlar "Qadının köynəyinin rəngi" - sualına qırmızı cavabı verirlər. Bir həftə sonra insanlar yenidən çağırılır və eyni suallar verilir. Lakin bu səfər qrupun digər üzvlərinin də (misal üçün həmin gün testə cavab yazan başqa 6 nəfərin) - cavablarını göstərirlər. Təcrübədə iştirak edənlər ilk testdə qırmızı seçsələr belə, qrupun hamısı ağ seçdiyini öyrəndikdən sonra teti edərkən ağ rəngi seçirlər. Bu digər təcrübəylə oxşarlıq göstərir. Əsas məsələ isə budur: üçüncü dəfə testi edərkən (biraz əvvəlki bitəndən sonra) qrup seçimlərinin yalan olduğunu, özlərinin qəstlə cavablarda dəyişikliklər etdiklərini deyirlər. Lakin yenidən test edərkən iştirakçılar qadının ağ köynək geyindiyini seçir. Texniki qurğularla beynə baxarkən bu cavabın həqiqətən yaddaşdan qaynaqlandığı ortaya çıxır. Yəni sizin qrupa uyunlaşaraq seçdiyiniz cavab - yaddaşınızı dəyişdirir.
İndi bir məsələ var. Hər iki təcrübədə başqa bir həqiqət də ortaya çıxır. Cəsarət. Belə ki ilk təcrübədə əgər 6 şagirdən 1i doğru cavabı desə, təcrübədə iştirak edən şəxs o 5 səhvə deyil, özünündə doğru bildiyi və ən az bir nəfərin doğrunu səsləndirdiyi cavabı səsləndirəcək. İkinci təcrübədə isə 6 nəfər yox, 5 nəfərin ağ bir nəfərin qırmızı seçdiyini görərsə öz ilkin qərarını dəyişdirmir, qırmızı seçir.
Bu təcrübələr ortaya aşağıdakı nəticəni çıxarır. Düz olduğunu bildiyimiz şeyləri dilə gətirməkdən çəkinməməliyik. Biz öz fikirlərimizi dilə gətirdiyimiz zaman qrup içində, ətrafımızda, ictimaiyətdə - düz olduğunu düşünüb lakin ictimai uyğunlaşma təsiri altında qalanları da bu təsirdən xilas etmiş olarıq.
Əlavə olaraq bu yazını oxuyun.
Cəsarətli olun. Doğru bildiyinizi səsləndirməkdən qorxmayın. Səhv bilmiş olsaz belə səsləndirmədən bunun səhv olduğunu öyrənə bilərmisinz.
Working…