Muzafferus
Page Thirteen
Page 13 · 20.05.2018

Alvin Irby - Her çocuğu okuyucu olmaya nasıl teşvik ederiz?

Oxuma həvəsi olmadığı üçün qara dərililərin ingilis dili dərsində qısa hekayə oxuyub hecalayaraq səsləndirdikləri sinfə nisbətdə, ağ dərililərin 2 roman birtirib haqqında…

This piece is in Azerbaijani.

Oxuma həvəsi olmadığı üçün qara dərililərin ingilis dili dərsində qısa hekayə oxuyub hecalayaraq səsləndirdikləri sinfə nisbətdə, ağ dərililərin 2 roman birtirib haqqında araşdırma yazdıqları sinfi müqayisə edərək başlayır sözə Albin. Nəyi oxuyacağımı niyə başqası seçməlidir ki? - 10-cu sinifdə oxuyarkən özünə verdiyi bu sualla hansı nəticələrə gəldiyindən danışmağa çalışdığı TED çıxışını rəsmi saytdan və ya youtube vasitəsilə izləyə bilərsiniz.

Albinin əsas irəli çəkdiyi məsələ, qara dərili uşaqların oxumaqdan nə qədər uzaq qaldığı mövzusudur. Lakin biz buna, ümumiyyətlə bütün uşaqlar gözüylə baxa bilərik. Elə bax bu olduğunuz şəhərdə/qəsəbədə/kənddə uşaqlar niyə kitab oxumurlar?

Bir uşağın özünü oxucu olaraq adlandırmasına necə nail ola bilərik?

Albinin irəli sürdüyü təklif, hər bir uşağa bir şəxsiyyət kimi yanaşmaqdan başlayır. Hər bir uşağa bir şəxsiyyət kimi yanaşmaq, onların öz oxuma seçimlərini özlərinin etməsinə icazə vermək, bunun üçün imkanlar yaratmaq.

Bütün bunları nəzərə alıb, Albin bir neçə bərbərdə kiçik kitablıqlar qoyduqlarını deyir. Uşaqların özlərinin seçdiyi kitablardan ibarət rəf.

Scholasticin 2017 ailə və uşaq hesabatında uşaqların ən çox seçdiyi kitablar onları güldürən kitablar olduğunu qeyd edib.

Daha çoxunu və ümumilikdə digər xırdalıqları sizə buraxıram, çıxışı dinləyərsiniz.

Həmin hesabatı verən qurumun məsləhət gördüyü kitablara bu linkdən baxa bilərik.

Biz bunu tək uşaqlar üçün yox, oxumağa yeni başlayanlar üçün də istifadə edə bilərik.

Comments

Working…