Muzafferus
Page Thirteen
Page 13 · 02.05.2018

Amishi Jha - Dikkatinizin dağıtılmasını nasıl kontrol edersiniz?

İnsan beyni! Beyin. Necə də ən önəmli orqanımızdır o. Hər şey onunla başlayıb onunla bitir. Hər şey ondan ibarətdir. Bəs o nə qədərdi? 10%? 20%?

This piece is in Azerbaijani.

İnsan beyni! Beyin. Necə də ən önəmli orqanımızdır o. Hər şey onunla başlayıb onunla bitir. Hər şey ondan ibarətdir. Bəs o nə qədərdi? 10%? 20%?

Əslində bu suala öz fikirlərimlə belə cavab verə bilərəm, insan, fiziki olaraq, orqan olaraq beynindən 100 faiz istifadə edir. Ürəyinizin 20 faizini istifadə etmirsiniz ki? Normal bir böyrək, 35 faiz sizə xidmət etmir ki? 100 faiz. Tamlıqla. Baxın: Normal halda. Lakin potensial məsələsi var. Sən istəsən ardıcıl deyəcəyim 100 sözü, istənilən ardıcıllıqda təkrarlamağı, seçilən sözləri bilməyi bacaracaq şəkildə əzbərləyə bilərsən. Beynin bu əzbəri edə biləcək potensialındadır.

"Bu uşağın potensialı var, amma oxumur. İstəsə 650-ni keçər amma tənbəllik edir, 500-lərdə qalır."

Tanış gəldi cümlə? O zaman davam edə bilərik.

Həddindən artıq informasiya qəbul etməsinin nəticəsində beyin zərər görə bilər. Buna görə də "diqqqət" adlanan bir funksiya var.

Bilirsiniz; qulağınız 20-20000 frekansda səsləri eşidir, gözünüz 360-700 nm aralığında işıq dalğasını görür. Dərimiz beynimizə informasiya ötürür. Bu informasiyalar beynə ötürülür. Və bütün bunların yanında beynimiz də düşünür. Necə çatdıracaq bu orqan? Şüur necə dözəcək buna? Buyur həlli: filtirləyəcək!

Diqqət də bax o filtirdi. Görməklə baxmaq kimi, dinləməklə eşitmək kimi o ciddi fərqin səbəbkarı: diqqət!

Araya iki hekayə qatacam. İlki: bir müəllim şagirdinin qolundakı saatı görür və maraqlanır, baxmaq üçün icazə istəyir, baxır, nəticədə digər şagirdlərin də marağına səbəb olur saat, hamı bir-bir baxır. Sonda müəllim sinifdən soruşur; hamı baxdımı saata - deyə? Bəs kim gördü saat neçədir? Baxmaqla görməyin fərqi.

İkinci hekayə: bir biznesmenlə bir adam səs-küylü küçədə gəzirlər, biznesmen bu səs-küyün araslnda yaşamaqdan şikayətlənir. Adam isə - Eşidirsən kəpənəyin səsini? - deyə soruşur, biznesmen xeyr - deyir, adam səsi diqqətlə dinləyir və yaxındakı pəncərənin dibində kəpənəyi tapıb göstərir. Biznesmen heyrətlənir: siz necə eşitdiz axı bu səs küyün içində onu? Adam, hamı eşidir deyib, yerə bir qəpik atır, qəpiyin səsinə ətrafdakılar dönüb baxır, adam sözünə davam edir, lakin hərənin öz diqqət etdiyi şeylər var.

Maraqlı sual ortaya qoyulur, diqqətimizi gücləndirə bilərik mi?

Fikrim başqa yerdə idi - ifadəsini nə qədər də çox eşidirik, deyirik. Özümüzdən asılı olmur, birdən-birə uçur hər şey. Harada olduğunu, nə etdiyini unudursan; fikrin - beynin başqa yerdədi; bədənin başqa.

Diqqətin qavrama - anlama üzərində ciddi təsiri var. Baxmağı görmə edən, dinləməni eşitmə edən diqqətdi.

Nəyə diqqət etməsini manupülasiya edərək dəyişdirməyin nəticəsində qavramanın dəyişdirildiyini ölçdüklərini göstərən bir qrafikdən söz açır. N170 - beynin qavrama dərəcəsi. Beynin üz görərkənki diqqəti. Onu qavrama olaraq qələmə verirlər. Necə artırıb azaldacaqlarını - diqqətli olub-olmamağı dəyişdirə bilməyi yoxlayırlar, buna çalışırlar. Fərqli formada proseslər daxilindı diqqəti ölçürlər.

Diqqət nöqtəsini dəyişərək qavramanın miqdarını dəyişə biləcəklərini göstərir. Anladığım qədəri ilə mənfi şəkillər, stresli hallarda qavramadakı o dəyişmə, bu səfər rast gəlinmir. Fərq etmir, hər ikisi (üz və ya məkan) eyni qədər qavranır. Kənar faktorlar diqqətə təsiri bu qədər çoxdur. Qəstlə diqqəti başqa yerə yönləndirərək edilən testlərin də nəticəsi qavrama dərəcəsinin aşağı düşməsi və stresli zamandakı kimi olan vəziyyətlə arasında boşluğun qalmamasıdır.

Nəticəni, diqqətin qavrama üzərindəki təsirinin güclü olması kimi göstərir. Nə qədər güclü şəkildə diqqətimizi versək, o qədər çox qavrayarıq.

Kənara çıxıram, bir işi görəndə onsuz da əsas məsələ o deyildi? Oxuduğunu belə (nə oxuduğunu yox, oxumuş olduğunu - isim olaraq yox, fel olaraq) qavramayan - anlamayandan sonra nə oxumağın önəmi varmı. "Boş-boş" baxmaq, gözün bir yerdə beynin başqa yerdə olması. Əsas məsələ də bu deyilmi elə? Diqəttimizi vermək, diqqət dağınıqlığının qarşısını almaq.

Bu çıxışa diqqətin qavrama üstündəki təsirin həqiqətən güclü olduğunu anlamağımıza kömək etməsini nəticələndirə bilərik. Gördüyümüz işlərdə diqqətimizin 50 faizi (Yarısı!) tamam başqa yerdə olur. Bəs niyə? Hara gedir bu beyin? Niyə dağılır diqqət?

Verdiyi izaha görə, beynimiz usta bir zaman maşınıdır. Keçmişdə olan hadisələrdə, və ya gələcəkdə olacaq proseslərin içində üzür. Hər ikisinin orta nöqtəsini: indini unudur.

Bəs yaxşı bunun üçün nə edə bilərik? TED videomuzdakı çıxış edən qadın (Asmishi Jha), bunun üçün əsas məsələ fərqində olmaqdır deyir. Əgər diqqət dağınıqlığının qavramadakı mənfi təsirinin fərqində olsaq, indiki zamanın fərqində olsa, indiki zamana diqqətimizi daha çox verə bilərik. (Anı yaşamak).

Bilirsiz ağlıma nə gəldi? Bir söz var ey, o an nə edirsənsə onda qal, onu et. Yemək yeyirsən? Bütün diqqətin yeməkdə olsun. Mahnı dinləyirsənsə, bütün diqqətin mahnıda olsun. Kitab oxuyuransa, kitabda, yatırsansa, yuxuda. Niyə? Niyə yemək yeyəndə də diqqətim yeməkdə olmalıdır? Bunun fərqindəlik mövzusuna nə dəxli? - Bax elə odur məsələ. Öyrəşmək. Sən 16 saatının 14 saatı fikri dağınıq qalıb, 2 saat fərqində olaraq etdiyin işə beynini yönləndirə bilərsən? Məsələ, o işin sənə nə qazandıracağı deyil, diqqətini o işə verərək diqqətini hazırlayırsan. Diqqətini diqqətli olmağa hazırlayırsan. Hər zaman. Və bu diqqətin gücül olması zamanla səndə aşılanır və hər zaman fərqindəliyin, diqqətliliyin və nəticədə qavrama prosesinin ən üst səviyyələrə qalxmasına nail olursan.

Asmishi, 8 həftəlik bir (günlük fərqindəlik təlimləri) - təlimin ardından hətta stresli, o ən çətin anlarda belə diqqətin güclü olmasına, (2 ay əvvəlki vəziyyətinə nəzərən) gətirib çıxarır. Nümunələr çəkir.

Haydi. İndi bu yazını bitirdikdən sonra heç kimə heçnə demədən, sakitcə google-a girib fərqindəlik məşqləri üçün axtarışa başlayırıq.(Mən birini bölüşüm: buyurun) Ən maraqlı olduğunu düşündüklərinizi mənlə də bölüşün. Söz heçnə qazandırmır, əgər nəticəsində hərəkət gəlməyəcəksə.

Diqqətinizə diqqət edin!

Comments

Working…