Muzafferus
Page Thirteen
Page 13 · 21.09.2018

Andy Weir - Artemis

Əslində bilim-kurqu (yaxşı, yaxşı: Elmi fantsika) çox bəyəndiyim janırdı. Lakin indiki formada bir kitabda olacaq səma proseslərindən daha çox o kitabın öyrədiciliyi və…

This piece is in Azerbaijani.

Əslində bilim-kurqu (yaxşı, yaxşı: Elmi fantsika) çox bəyəndiyim janırdı. Lakin indiki formada bir kitabda olacaq səma proseslərindən daha çox o kitabın öyrədiciliyi və çatdırmaq istədiyi mesaj önəmli gəlir.

Artemis gerilimi orta səviyyədə, maraqlılığı normal, amma duzu əskikdi, obraz ciddi şəkildə düzgün olmayıb. Baş qəhramanın formalaşmasın tam etməyib, yarım-yamalaq qalıb. Onu qoyduq bir qırağa. Bu kitabı sizə oxumağa mütləq tösüyə edərəm? Əlbətdə ki, yox. Oxumayınd emiyəcəm, yaxşı kitabdı, oxumaq istəyirsinizsə oxuyun, özüm 10 üzərindən 8 verdim.

1 balı obrazların formalaşmasının tam olmamasına, hekayənin içindəki kimya informasiyalarının doğrulama ehtimalımın olmamağı və inandırıcılıq dərəcəsinin zəifliyinə, (ki əslində elmi fantasikada bunu gözlüyürəmsə gedim Jules Verne falan oxuyum da day, bu mənasız balkasməyə görə özümdən də bir bal kəsdim. Bundan əvvəlki kitabın yazısını da pis yazdığım üçün 1 balda ona kəsdim. Özümə də oldu 8 bal).

Digər 1 balı da əvvəl bildirdiyim kimi gerilimi o "doruk noktası"-na çıxarmaq istədiyi anlarda tam alınmamış olması və öyrədiciliyinin həqiqətən zəif düşməsi üçündür. Öyrədicilik deyəndə demirəm ey durub fizika dərsi keçsin (kimya dərsi keçdi heç nə qammadım), ya da riyazi düsturlardan danışsın. Ay Tarixi dərsindən də söhbət getmir. Hadisələrə baxış bucağı, alternativ variantları görmə falan nəzərdə tuturdum.

Bir məsələ, elmi fantasikanı -elmi fantasika edən nədi? Olmayan yox, olma ehtimalı olan şeydən danışılması (Micheal Kakuya salam olsun), astrnomik bir prosesin bizə uyğunlaşıdırlmış və bizm ora uyğunlaşdırılmış halımızdan və ya o astronomik canlının "olma" məqsədindən danışılması (Tevfik Uyara salam olsun). Məncə bunu rahatlıqla elmi-fantasika saya bilərik. Ona görə də oxuyun.

Comments

Working…