Muzafferus
Page Thirteen
Page 13 · 18.05.2018

Benim Yüzümden - Başka Bir Şey 2. Sezon 3. Bölüm

Arzulanan bir torpaq var. Kimisi üçün Norveç, kimisi üçün İtalya, kimisi üçün Kanada, kimisi üçün Yaponiya. O arzulanan torpaqlarda hər şey var. Burda olmayan, var olduğu üçün…

This piece is in Azerbaijani.

Arzulanan bir torpaq var. Kimisi üçün Norveç, kimisi üçün İtalya, kimisi üçün Kanada, kimisi üçün Yaponiya. O arzulanan torpaqlarda hər şey var. Burda olmayan, var olduğu üçün orda olmağımızı arzuladığımız hər şey. Bir də tərsdən baxaq. Nəyi yoxdu? Nəyi əskikdi? Nəyə ehtiyacı var?

Videoda da deyildiyi kimi, indi deyəcəksiniz ki, biz burada öz problemlərimizi həll elədik, ehtiyaclarımızı qarşıladıq, qaldı başqasın problemi, ehtiyacı. Hə. Elə bax bu formada da deyəcəksiniz.

Doğulduğun günü gözünün qabağına gətir. "Pampers"-indən tutmuş, 8 yaşındakı o rus istehsalı bərkgedən velosipedə qədər, Puma ayaqqabından tutmuş, Samsung telefonuna qədər. İdxal-ixrac söhbətini köhnə yazıların birində vurğulamışdıq. İndi bu sualı özümüzə verək. "Mənim ucbatımdan ölkədən nə qədər pul çıxıb xarici ölkələrə getdi?". Mənim ucbatımdan ölkə nə qədər kasıbladı? Mənim ucbatımdan!

Bütün bunları düşünəndən sonra, qarşımıza belə bir sual qoyaq: İxracatı mən etmiyəcəm də, kim edəcək? Niyə mən yox? Elə məhz mən.

Burda əsas məsələ "Mənim ucbatımdan" (Benim yüzümden) ifadəsini qəbul etməkdi. İnandırıram ki, bunu ətrafınızda deyəcəyiniz 100 nəfərdən 99-u 99 bəhanə gətirəcək. Siz də yüzüncü bəhanəni artıq dilinizin ucuna gətirmisiz. Diyanın. Bir də fikirləşək.

Məsələ, "mənim ucbatımdan" - ifadəsini qəbul etməkdən başlayır. Çünki qəbul etdikdən sonra boş otura bilirsən. "Mənim ucbatımdandısa bir şeylər fikirləşib etmək lazımdır" - deyirsən. Sənin ucbatından olan o hissənin qarşılığını vermək üçün nəsə etmək lazımdır deyirsən. Deməlisən.

"İstəsəm onu edərəm, istəsəm bunu edərəm, mən istəsəm elə edərəm ki..." - kənara qoyaq. "İstəsəm" yox, "istəyirəm" deməyə nə zaman başlayacağıq? Lap elə, "başlayacağıq?" yox, "başlayaq?

Kadir abimiz qəşəng bir cümlə ilə videonu yekunlaşdırır: "Onlar bizi görür, onlar bizi düşünür, onlar bizim problemlərimiz üçün istehsal edir, bizə ixrac edir. Bəs biz niyə onları düşünməyək? Bu edilənlərin qarşılığında onlar üçün nəsə etməyək?"

Onları düşünmək, əslində elə özümüzü düşünməkdi. Onlar üçün nəsə etmək, əslində elə özümüz üçün nəsə etməkdi. Niyə onları düşünməyə başlamayaq? Başlayaq?

Comments

Working…