Muzafferus
Page Thirteen
Page 13 · 08.05.2018

BKB 071: Öğrenen beyin - 1

Öyrənmək üçün nə edirik? İmtahanlar ha başladı, başlayacaq. Yeni informasiyaları beynimizə necə yazırıq? Bəlkə də, elə sözün əsl mənası ilə, yazaraq. (Yazılı imtahan…

This piece is in Azerbaijani.

Öyrənmək üçün nə edirik? İmtahanlar ha başladı, başlayacaq. Yeni informasiyaları beynimizə necə yazırıq? Bəlkə də, elə sözün əsl mənası ilə, yazaraq. (Yazılı imtahan verəcəklərə, xüsusi olaraq bizim ADNA, indiki ADNSU tələbələrinə xüsusi salamlar).

Bahri Karaçay, bu 4 podcastlıq silsilənin ilk nümayəndəsində bir hekayədən danışırdı. Bu hekayədə, imtahan hazırlaşma vaxtlarında qalaq-qalaq kağızları yazıb dolduran qohumunun hekayəsi idi.

Həmin şəxsin uğurlu olmasının əsas səbəbini bu "yazaraq öyrənmə" metodundan qaynaqlandığını vurğulayır.

Aparılan elmi araşdırmalar zamanı, yazaraq öyrənmə metodunun ən effektiv öyrənmə metodlarından biri olduğunu ortaya qoydu. Təcrübələrin birində dərsi dinləyərkən qeydlər aparan tələbələrlə, aparmayanlar müqayisə edilirdi. Dərsdən sonra soruşulduqda hər iki qrupun təxminən eyni qədər informasiyanı xatırladıqları məlum olur, lakin qeyd aparanlar mövzunun əsas yerlərini xatırladıqları halda, onların əksinə, qeyd aparmayanlar təsadüfi hissələri xatırladıqları aşkarlandı. Hələ bu azmış kimi, üstündən bir müddət keçdikdən sonra qeyd aparanların aparmayanlara nisbətdə informasiyaların bir çox hissəsini hələ də xatırladqları ortaya çıxdı. Beləcə dərs zamanı qeyd aparan tələbələrin həmin informasiyaları uzunmüddətli yaddaşa yazdıqları öyrənildi.

Burdan referans alaraq, uzun müddətli, qısa müddətli yaddaşın nə olduğunu araşdıraq.

Vikipediya yazıları ilə kifayətlənməli olduq, lakin yenə də öyrəndik ki, qısa müddətli yaddaş 7 informasiyanı 20 saniyəlik saxlama qabiliyyətində olan yaddaşdır. Uzun müddətli yaddaş isə 30 saniyə-ömür boyu aralıqlı informasiyanı saxlamağa kömək edən yaddaşdır. Hər ikisinin informasiyanı saxladığı yerlərin fərqlənməsi də aralarındakı fərqliliyin ikinci bir göstəricisidir. (Mən qısa axtardım, yenə axtarmağa çalışacam, siz də araşdırın bunu, uzun müddətli yaddaşınızın nə olduğunu; necə gücləndirə biləcəyinizi).

Qayıdaq podcastımıza. Bu təcrübələr sadəcə qulaq asma vəziyyətində dil mərkəzlərinin prosesdə iştirak etdiyi, lakin informasiyanın yaddaşa yazılması zamanı - informasiyaların əhəmiyyətli olub-olmamasının nəticəsində bütün informasiyanın yaddaşa yazılmasını göstərirdi. Yazma vəzyətində isə əksinə, öyrənilən informasiyalar arasında əlaqələr qurulur, bu isə beynin fərqli bir nöqtəsində yerinə yetirirlir. Fərqli informasiyalar arasında əlaqə qurularkən əhəmiyyətli informasiyalara prioritet ("öncelik") verilir. Bir növ beyin informasiyanı süzgəcdən keçirib - əsas olanları uzun müddətli yaddaşa yazır.

Burada bütün mətni birdən yazmaqdan söhbət getmir. Aparılan başqa bir təcrübəyə görə dərsdə notbukla qeydlər aparan tələbə az qala məllimin ağzından çıxan hər sözü nöqtəsinə qədər yazmağa çalışmasının nəticəsi kimi, əllə qeyd aparanlardan aralarındakı fərq, yenə asıq şəkildə görünür. Bu da bütün mətni hərf-hərf yazma prosesində beynin o mətni süzgəcdən keçirmədiyini - əlaqələndirmədiyini göstərir.

Bundan sonrakı hissəni və digər xırdalıqları sizə buraxıram. Podcastı dinləyin.

Bu podcastla biz, yazaraq öyrənmənin, yazmağın nə qədər faydalı olduğunu gördük. Bəzən bunun vaxt aldığı düzdür lakin, bu blogun şüarını xatırlayaq, sürətlə 100 kitabdansa, düşünərək, analiz edilərək, qeydlər apararaq oxunan 10 kitab daha önəmlidir!. Əgər qeyd aparmaq (hələ-hələ - yazının əvvəlində dediyim o imtahana yaxınlaşan tələbələr) bu qədər faydalıdırsa, bundan yararlanmaq lazımdır. Sabah qələmlə, dəftəri özünüzlə götürün. Axşam baxacağınız filmdə yanınızda qələmlə kağız da olsun, mənə oxşamayın- kitabı qaralamayın, ağ kağız qələm qoyun kitabınızın yanına. Qeydlərinizi aparın. Düşünün, seçin, araşdırın.

Comments

Working…