Muzafferus
Page Thirteen
Page 13 · 10.05.2018

BKB 073: - Öğrenen beyin 2

Podcast bəzi amerikan məktəblərindəki edilən idman dərslərininğ nəticələrinin necə müsbət təsir etdiyi ilə başlayır. Passivlərə saxlayıram həmin hissədəki informasiyanı,…

This piece is in Azerbaijani.

Podcast bəzi amerikan məktəblərindəki edilən idman dərslərininğ nəticələrinin necə müsbət təsir etdiyi ilə başlayır. Passivlərə saxlayıram həmin hissədəki informasiyanı, dinləsinlər.

İdman edərkən beynimizdə müəyyən fiziki dəyişikliklər baş verir. Xüsusən də üst səviyyə fiziki əməliyyatlar üçün ayrılmış hissə aktiv olur. Fiziki aktivliyin nəticəsində "planlı olma", "bir işin nəticələrini düşünərək qərar vermə", "edilən səhvlərdən dərs çıxarıb öyrənmə", "fokuslanma", hətta "yaddaş" kimi proseslərdə inkişaf nəzərə çarpır.

Fiziki aktivliyin beynə müsbət təsirləri bununla da qalmır, "depresiyaya" ən az dərmanlar qədər təsirli olduğu, bəzi tədqiqatlarda, hətta dərmanlardan daha çox xeyir verdiyi ortaya çıxıb.

Günlük yüngül idmanın - bir növ bədən tərbiyə dərslərimizi xatırladan o idmanların bizə, xüsusən də beynimizə nə qədər faydalı olmasından danışdıq. Bəs nə qədər idman etməliyik?

Cavab əslində çox az deyil; lakin hər kəsin edə biləcəyi qədərdir - yarım saat olmaqla, həftədə 5 gün.

Lakin bu fiziki aktivlik aerobik olmalıdır, yəni ürək döyüntülərinizi artıracaq şəkildə.

Bəs öyrənmə prosesini daha təsirli etmək üçün hansı zaman aralığında etməliyik? Aparılan tədqiqatlara görə, bunu dərs oxumağa, öyrənməyə başlamazdan əvvəl edilməsi daha çox fayda verəcək.

Bu faydalardan yararlanmaq üçün biz də başlayaq. Ən azdan başlayaq (misal üçün həftədə 3 gün - 20 dəqiqə) yavaş yavaş normaya (həftədə 5 gün - 30 dəqiqə) qaldıraq.

Misal üçün dərsə gedərkən ya qayıdarkən sürətli yerimə. Axşamlar velosiped turu. Və ya sizə uyğun bir şey.

Haydi. Oturmaq vaxtı deyil.

Comments

Working…