Niyə gündə 8 stəkan suya ehtiyacınız yoxdur - Cen Qunter
Uzun müddətdən sonra yenidən TED çıxışları izləmək və bunu da sizinlə bölüşmək qərarına gəlmişəm. Və ilk olaraq adı maraq doğuran bu çıxışı izləməklə başladım: Niyə gündə 8…
This piece is in Azerbaijani.
Uzun müddətdən sonra yenidən TED çıxışları izləmək və bunu da sizinlə bölüşmək qərarına gəlmişəm. Və ilk olaraq adı maraq doğuran bu çıxışı izləməklə başladım: Niyə gündə 8 stəkan suya ehtiyacınız yoxdur - Cen Qunter
Əvvəlcə bədənimizin işləmə mexanizminə baxmaqda fayda var deyə başlayır video. Böyrəklər. Əsas məsələ böyrəklərimizin rollarından biri də bədəndəki suyun miqdarına nəzərət etməkdir. Bu səbəblə də çox rahatlıqla qandakı su miqdarı azaldığı an beynə suya ehtiyac olunduğu barədə siqnal göndərir. Biz də bu siqnal gələn kimi (sususz olduğumuzu hiss edən kimi) su içməliyik. Bu qədər sadə.
Bəs içməli olduğumuz konkret bir su miqdarı yoxdursa o zaman nə qədər su içsək yaxşıdır - deyərək axtarış etdim o zamanda evrim ağacının buna aid məqaləsini tapdım. Məqaləni istəsəz burda oxuya bilərsiz, mən qısaca deyim ki gündə 2 litr su içməyin ziyanı yoxdur, (sadəcə çox tualetə gedəcəksiz), əksinə həqiqətən az-çox xeyri də var.
Suzun qalmayın, videonu da buradan və ya buradan izləyin.
Working…