Muzafferus
Page Thirteen
Page 13 · 22.05.2018

Yalın kod: Bir motivasyon hilesi

Misal üçün, Java üzərindən kodlar yazdığınız bir vaxtda sizə androiddə işinizlə əlaqədar bir tədbiqetmə düzəltmək lazım olduqda özünüzü o yöndə motivasiya etmək lazım olur. Bu…

This piece is in Azerbaijani.

Misal üçün, Java üzərindən kodlar yazdığınız bir vaxtda sizə androiddə işinizlə əlaqədar bir tədbiqetmə düzəltmək lazım olduqda özünüzü o yöndə motivasiya etmək lazım olur. Bu hallarda bir mövzudan digər mövzuya özümüzü yönləndirmək, marağımızı ora çəkmək üçün motivasiyaya, enerjiyə ehtiyacımız olur. Bunun üçün nə edə bilərik?

Yalın kodun bu videosunda (podcast) kimi də dinləyə bilərsiniz) "motivasiya hiyləsi" haqqında danışır. Tövsiyə edir ki, diqqətinizi başqa bir mövzuya yönləndirmək lazım olduğu zaman, o mövzuda kitablar oxumaq; blog yazılarına baxmaq, videolar izləmək bizi o işin içinə çəkir. Oxuduqca oxuyur, baxdıqca baxır, daha çox öyrənməyə çalışırıq. O mövzunun, o işin içinə girmiş oluruq. Nəticə etibari ilə, fikrimizi vermək istədiyimiz işin atmosferini yaradıb, o xoş atmosfer içində rahatlıqla hərəkət etmiş oluruq.

Burda köməkçi faktordan biri də, yazılan o yazıların, videoların hazırlanarkən diqqətlə hazırlanması nəticəsində, oxuyucuları/izləyənləri daha çox öz içinə çəkir və bu da mövzuya olan motivasiyamızı artırır.

Yalın kod, bir neçə prosesdən sonra artıq hansı blogların, kimin videolarının sizə daha çox kömək olduğunu anlayacağızı bildirir. Əgər ingilis dilində orta səviyyədə bilirsinizsə tapacağınız mənbə sayı çox olacaq. Rus və Türk dilləri ilə də müəyyən qədər mənbə tapa biləcəksiniz.

Oxuyaq, öyrənək, izləyək, bilək. Başqa nə deyim?

Comments

Working…