Ali Khayyam - Yol
Mistik bir şeirlə başlayır hər şey. Bütün reallığı unudub, qucaqlayıb sehrli toz hissəciklərini. Toz özü də! Dərindən nəfəs almaq da olmaz bu hekayədə. Qulaqlarımızıda uzadaq…
This piece is in Azerbaijani.
Mistik bir şeirlə başlayır hər şey. Bütün reallığı unudub, qucaqlayıb sehrli toz hissəciklərini. Toz özü də! Dərindən nəfəs almaq da olmaz bu hekayədə. Qulaqlarımızıda uzadaq bəlkə? Fantastika olsun? Yoxsa elə sən yad bir plantdənsən? Urandansan ya biraz da o biri tərəfdən? Kimsən sən? Hardansan sən? Haralısan? İnsansan? Yoxsa... Bəlkə sən də bir Tanrısan? Mənim Tanrımsan? Sənin də Tanrın var?
“Tanrı, sənin də bir tanrın var İnanıram buna Tanrının da bir Tanrısı var”
Toz burulğanında itmiş kimi bir hiss var beynimin içində. Bir-birinə qarışıb sözlərlə ətirlər. Acı dadır elə “yox” sözü, zəhər kimi gəlir “Tanrıdan” daha qısa hərfli sözlər. Boğazda ilişib qalmış, bənövşəyi bir toz zərrəciyi qədər. Bütün uzunluğu bu gecə ən qısalıqla əvəzləyək. “Tanrı” qalsın dilimizdə, qalanlarını silək. Misal üçün bir pillə aşağıda olanları. Mələkləri və İnsanları. Unudaq onları. Yoxdu onlar. Lənətləyək onları. Tanrı lənəti ilə. Bütün İnsanları. Bütün Mələkləri. Onları sevdirə bilməzsən mənə. Nə də ki varlığına inandıra bilməzsən.
“…öldürən Əzrailin də mələk olduğuna inandıra bilməzsən məni”
Toz şəhərciyidi Bakı şəhəri, toza batıb bütün yolları. Bənövşəyi rəngdə özü də.
Bir mənzərə gözümün qarşısında canlanır. Saçlarını yığmış bir qadın. Alıb əlinə örpəyini, yavaş-yavaş bağlayır başını. Bir başlanğıcı var, bir sonu, yaylığın. Tən ortasında qadın. Hardan başlayasan bu yola, harda bitirəsən? Harasında tapasan özünü? Çox qarışıq görünür. Çox hisslər qarışıb toz rəngli gözlərində qadının. Ümidləri qadının. Bənövşəyi rəngdə.
Deyir, bir yol var, sənlə başlayır, sənlə qurtarır. Tən ortasında da sən. Bəs mən hardayam o yolda? Sən elə özün yolsan. Bəs mən nəyəm bu nağılda? O yol sənsən, qaçmısan, özündən. Uzaqsan özünə, özgəsən, itirmisən. Bəs mən? Yolsuzam mən.
“Bir gün, o yolu tapacam Səni gic-gicə bir yalanla aldadıb Aparacam ora Bənövşəyi olacaq o yol Bərk qaç deyəcəm, bərk Bir az da döz, bir az Saçlarının azadlığına Az qaldı“
https://youtu.be/zJJ8SXtOEe8?t=15
Working…