2. İlisu və Şəki (Mindik bir elamete, gidiyoruz kiyamete)
Ötən yazımızda Qaxı gəzmişdik. Axşamı otelə qayıtdıq. Sənanla sağollaşıq. Sonra sizcə nə etdik? Əlbətdə ki, bu səfər adam kimi bir plan qurduq. Plan belə idi: Səhər erkəndən…
This piece is in Azerbaijani.
Ötən yazımızda Qaxı gəzmişdik. Axşamı otelə qayıtdıq. Sənanla sağollaşıq. Sonra sizcə nə etdik? Əlbətdə ki, bu səfər adam kimi bir plan qurduq. Plan belə idi: Səhər erkəndən durub İlisuya getmək, oranı gəzib günortaya yaxın Qaxa qayıtmaq, ordanda Şəkiyə getmək, Şəkini gəzib günortadan sonra Bakıya yollanmaq. Çox sadə. Və başqa nələr var menyuda? Əlbətdəki, bunları necə edəcəyimiz. Yol!. Avtobus. Başladıq maraqlanmağa. Və öyrəndik ki, səhər tezdən 8-in yarsında Qaxdan İlisuya 40 qəpiyə gedən avtobus var. Gedib qayıdır. Hər iki saatdan mı, üç saatdan mı bir çıxır. İkinci avtobusla təxminən 11 irdaələrində qayıdıb ordanda Şəkiyə yollana bilərdik. Şəkiyə avtobuslar yarım saatdan bir çıxır dedilər. Beləcə planımızı qurduq, yolumuzu nə ilə gedəcəyimizi, saat neçədə çıxacağımızı planlaşdırıb normal, düzgün, qaydasında iş gördük. Mehmanxanaya qayıtdıq gecələmək üçün.
Səhər erkən qalxıb yolda düşdük. Gəlib dayandıq dayanacaqda. Gözlədik avtobusu. Aldadılmışdıq! səkkizin YA-RI-SI gəlməli olan avtobus düz DOQQUZUN yarısı gəldi. Aldadıldıq! Amma o bir saat ərzində hansı fantastikalar qurduq Tərlanla... Mən yazım, siz oxuyun. Bir maşın gəldi saxladı az aşağıda - parkın girişində. Sonra bir başqa maşın gəlib onun qarşısında saxladı, düşüb sürücünün yanına getdi. Bu hadisəyə belə ad qoyduq ki, maşındakı Narko Mafiyadı, digərindəkilər də narkotik maddəni alanlar. Bunların danışığı bitəndən sora ikinci maşından düşən geriyə qayıdıb sürüb getdi. Beş dəqiqə sonra Kamaz gəldi. Sürücü yaxınlaşıb ilk gələn maşının sürücüsünə nəsə dedi. Sonra qayıdıb kamazına minib yola qoyuldu. Dedik ki, "Aha! Bir kamaz dolusu silah gəldi. Yəqin biraz əvvəl gedən maşın bir çamadan nartotik alıb yerinə bir kamaz silah göndərib. " Həvəslə: "atışma düşücək qaçmağa yer tapaq" - deyib ətrafı xırda axtarışla gəzdik. Sora hamı çıxdı getdi. Ardınca bir avtobus gəlib bunların köhnə yerində saxladı. Bir avtobus adam tökülüşdü. Dedik yəqin gedirlər silahlanmağa. Günorta burda qırğın başlayacaq.
Fantaziya qurmaqdan bezib, gözləməkdən bezən iki məxluqatın qarşısına bir İlisu avtobusu çıxmazmı? Axır ki gəldi o avtobus. Mindik - yollandıq İlisuya. Deyim, yolunuz o tərəfələrə düşsə, bilin. Avtobus 50 qəpik idi. 0.50 azn. 40 yox. Aldanmayın. Hə, gəldik çatdıq İlisuya. Doyunca gəzdik. Məncə doymadıq ama Sumux qalasını, qədimi başqa bir qalanı, ara küçələrini gəzdik. Video şəklində hazırlamışam, yazının sonunda izləyərsiz.
Təxminən 11 iradələrində avtobusa minib qayıtdıq Qaxa. Ordanda Şəki avtobusunda yerimizi tutduq. Arada düşüb bulku aldıq. Bulkular da daş parçası. Qupquru. Yeyirmiş kimi elədik, özümüzü aldatdıq. Yeyəmmədik. Peçenyalarımız vardı. Onlarla qidalandıq. Yol uzun gəldi. Şəkiyə çatdıq. Plan belə idi: yemək yeyəcəkdik, Xan sarayına gedəcəkdik, Şəki halvası alıb avtovağzala qayıdacaqdıq, sora da birbaşa Bakıya. Əlbətdəki Şəkiyə çatanda ilk işimiz Bakıya gedən avtobusları öyrənmək oldu. Saat başı biri gəlir, gələn kimi dolur, 15 dəqiqəyə yola çıxır. Bakıya qayıdışın bol vaxtlarıdı - 3 yanvar. Məcbur, artıq işimizi bitirb gəlib avtobus gözləyəcəkdik.
Acam, acmışam. Getdik borş yeməyə. Yedik də. Və nə öyrəndik? Tərlan: "Ay dayı, burda tualet harda var?" Dayı: "Avtovağzaldadı bircə." Tərlan: "Uzaqdı ora, başqa yoxmu?" Dayı: "Yo yoxdu. Amma bax, bu binanın tininə gedə bilərsən. Hamı ora edir onsuz."
Məsləhətimizi aldıq, yollandıq. Yox, səhv başa düşdüz. Həmin divarın tininə yox, Xan sarayına. Yolunuz düşsə Şəkiyə, vatxınızı bol edin. Xan sarayına avtobusla çıxın amma qayıdanda piyada qayıdın. Biz də elə elədik. Tərlanın Karvansarayda düşmə cəhtlərinə baxmayaraq, "hələ çatmamışıq" deyib gözlətdim. Xan sarayına çatıb düşdük. Çıxdıq Xanın sarayına. Giriş iki manatdı (ekskursiya). Pulunuzu hazır edin. İçində şəkil çəkmək olmaz. Əvvəldən bilin. Amma mütləq gedin. Sonra qayıdanda, bir Muzafferus məsləhəti, Əhmədəlidi, Əhməddi kimdi, onun paxlavasından alın. Fındıqlı 6, qozlu 8 manatdı kilosu. 3 yanvar 2018 tarixinə görə. Kimdən soruşsaz yolu göstərəcək.
Tərlan: "Ay dayı, bu Əhməd paxlavası var, ora hardan gedək?" Başqa bir dayı: "Əhməd yox, Əhmədəli şirniyyatı var, bax, o sarı durbanı görürsən (kanalın başlanğıcındakı körpünün durbası). O sarı durbadan o yana sallan. O tərəfdədi." Tərlan: "Çox sağ ol dayı." Həmin başqa bir dayı: "Gülə-gülə."
Deməli, körpünün sarı durbasından o yana sallanmaq lazım imiş, amma siz sallanmayın, yıxılarsız, dayı zarafat edirdi yəqin. Siz körpüdən o tərəfə keçin, ordadı şirniyyat evi. Biz də keçdik, nə sallandıq, nə tullandıq, normal şəkildə keçdik, getdik, paxlavamızı alıb avtovağzala qayıtdıq.
Axır ki, Bakıya yollanmağa bir avtobus tapdıq. Narahat idi, nə idi, əsas odu 7 manatdan gətirirdi. Biz də gəldik. elə üçü axşam Bakıya çatdıq.
Bu səyahətimiz də belə bitdi. Başqa səhayətləri səbirsizliklə gözləyirik. Evdə oturmaqdan bezin. Vaxt rapın - çölə çıxın. Uzağa gedin. Yeni yerlərə.
https://youtu.be/UY6d51DNwHc
Working…