0. İlk müsahibə
Proqramlaşdırma sahəsində ilk müsahibəm oldu bu gün. 25 iyul 2018. Burada sizlə müsahibə zamanı verilən sualları bölüşəcəm. Əgər keçsəm, növbəti mərhələləri, hətta qəbul olsam,…
This piece is in Azerbaijani.
Proqramlaşdırma sahəsində ilk müsahibəm oldu bu gün. 25 iyul 2018. Burada sizlə müsahibə zamanı verilən sualları bölüşəcəm. Əgər keçsəm, növbəti mərhələləri, hətta qəbul olsam, qarşıdakı 1-2 ay ərzində staj günlərimdə nələr öyrəndiyimi sizlərlə bölüşmək istəyirəm. Hər bir android developer tələbəsinə (təhsil alan, kursa gedən, özü hazırlaşan) ümid edirəm ki maraqlı və faydalı olar bu informasiyalar. Sözü çox uzatmayaq.
Müsahibə zamanı sualların ağırlığı Core Java üzərindən idi (Java SE də deyə bilərəm, başlanğıc səviyyəsində Java).
Constantla (final) sitatikin fərqi nədir?
Garbage collector nədir?
Bir classdan extends edilmiş klası necə çağıra bilərik?
Eyniadlı metoda məxsus iki fərqli interface implement edə bilərik?
Abstract class ilə interface-in fərqi nədir?
Bunlardan əlavə android-ə də aid suallar verildi əlbətdə.
Bir informasiya var, onu yaddaşda saxlamaq istiyirəm və tədbiqetmənin hər bir yerində istifadə etmək istiyirəm. Bunu hansı yollarla etmək olar?
JSON üçün hansı kitabxanaları tanıyırsan və işlətmisən? (Volleylə Retrofitin fərqi).
ORM nədir?
Servislər nədir?
Daha sonra yazmış olduğum 4 sadə tədbiqetməni göstərdim (Biri xəritəyə. biri tabLayouta, bir SQL-ə aid, biri də sadə yaddaş kartı oyunu idi). Belə bu qədər. Sualların hamısını qeyd edə bilmədim, yadımda qalanlar bunlar oldu.
Working…