Muzafferus
Internship Diary
Internship Diary · 08.11.2022

#1 Bu gün nə öyrəndim - 2022.11.08

Və ilk gün öyrədiklərimi bölüşmək vaxtı gəldi çatdı. Əsasən öyrəndiklərimi 3 kateqoriyaya ayıracam. 1. Internetdən oxuduğum fərqli mövzularda məqalələr, videolar falan. 2.…

This piece is in Azerbaijani.

Və ilk gün öyrədiklərimi bölüşmək vaxtı gəldi çatdı. Əsasən öyrəndiklərimi 3 kateqoriyaya ayıracam. 1. Internetdən oxuduğum fərqli mövzularda məqalələr, videolar falan. 2. Jetpack Compose 3. Programing books

1) Android Studio qısagirişləri Bu gün oxuduğum ilk yazı "Android Studio — Her Android Geliştiricisinin bilmesi gereken Kısayollar" adlı bir məqalə oldu. istiyən məqaləyə keçid edib detallı oxuya bilər, mən əsas qeydlərimi qeyd edim, həm də özüm üçün sonradan rahat əlçatan olsun

CTRL + Alt + S ilə qısayollar pəncərəsini açıb sütudiyonuzun qısa yollarına baxa bilərsiniz. CTRL + E ilə son açılan fayılların siyahısını rahatlıqla görə bilərsiniz (siyahı kimi gəlir). CTRL + TAB ilə açıq tablar arasında keçid edə bilərsiniz (siyahı kimi gəlir). ALT + ← / → ilə sağa-sola edərək açıq tablar arasında sürətli keçid edə bilərsiniz CTRL + ALT + L Kodunuzu formatlama kod qaydalarına uyğunlaşdırmağa kömək edir. Ctrl + Shift + V ilə son kopyaladığınız yazıların siyahısınızı görə bilərsiniz.

2) Proqram Mühəndisliyi sahəsində daha yaxşı olmaq üçün 10 kitab Programingə aid bir kitab seçib ona başlamaq istəyirdim, hansı kitabı seçəcəyimi təxmini bilirdim yenə də yadıma bir tvit serisi düşdü, Proqram Mühəndisliyi sahəsində daha yaxşı olmaq istəyirsinizsə bu 10 kitabı oxuyun yazısı idi, həmin 10 kitabın hamısının PDFlərini tapıb hazırladım, sizin üçün də sonradan mənim üçün də əlçatan olsun deyə bura yerləşdirirəm. 1. The Pragmatic Programmer 2. Cracking the Coding Interview 3. Clean Code 4. Refactoring 5. Head First Design Patterns 6. Patterns of Enterprise Application Architecture 7. Working Effectively with Legacy Code 8. The Clean Coder 9. Introduction to Algorithms 10. Code Complete Mən əlbətdəki 3-cü yazdığım Clean Code ilə başlayacam. Burda yoxdu ama mən əlavə edim bir-iki kitab da bir gün onu da oxuyarıq: 11. Effective Java 3rd Edition 12. 12 Rules toLearn to Code

3) Jetpack Compose-a başladıq! Bəli, ciddi ciddi davalı olaraq Jetpack Compose öyrənməyə başlayaq artıq, yubanmayaq. Bu arada bunun üçün əvvəl bir kurs almışdım, ona da təkrar yavaş yavaş davam edəcəm, belə kənardan məqalələrlə də dəstəkləyəcəm. Başlanğıc üçün türkcə bu giriş yazısını oxudum. İstəsəz göz atarsınız. Ciddi bir şey qatdı deyəmməyəcəm ama ən azından köhnə oxuduqlarımı xatırlatma funksiyası gördü. Google-un öz hazırladığı kurslar çox möhtəşəmdir, mən ordan başlayıram (addım addım sıfırdan gedək), həmin kursun linki. Compose essentials, Pathway 1 -> Jetpack Compose Tutorial Kod nümunələrini bölüşmüyəcəm, qısaca nələr öyrəndik yazacam bura: Bu dərsdə Compose project yaratdıq. Code formatının necə olduğun gördük. Ekrana text yazdırdıq (Text("Text")), ekranda bir neçə element yaratmaq istiyəndə üst-üstə düşməsin diyə Colum (yuxardan aşağı) və Row (soldan sağa) istifadə edirik. Ardınca Image gəlir, bunun üçün painter-ə painterResource-dan drawable-ı bərabər elədik, contentDescription olaraqda mətnimizi yazdıqmı, iş tamamdır. Spacer ilə boşluq qoyuruq, Modifierlərlə paddingləri, borderləri təyin edə bilirik. - Belə, dərsin son 2 hissəsi də sabaha qalsın, bu gün gec başladıq deyə az oldu biraz, sabah daha çox öyrənərik.

Kod nümunəsi də göstərim, buradan baxa bilərsiniz.

4) Mövzudan kənar: 9 gündə həyatımızı dəyişdirəcək 9 TED çıxışı, Yuxu sizin super gücünüzdür. 9 gündə həyatımızı dəyişdirəcək 9 ted çıxışı adlı bir tvit qarşıma çıxdı. Mən də hər gün bir videosuna baxaram dedim. Bu gün ona da başladım. "Yuxu sizin super gücünüzdür" adlı ilk videonu izlədim. Yuxusuzluğun gətirəcəyi mənfi təsirlər, yuxunun əsasəndə davamlı və qaydasında olan yuxunun qazandırdığı müsbət yaddaş və öyrənmə qabiliyyəti haqqında eşidəndə bura qeyd etməyi düşündüm. Bəlkə siz də zamanızı ayırıb 20 dəqiqəlik (19) bu videoya baxarsınız. Sabah da 2ci video ilə davam edərik.

Bu gündən bu qədər. Öyrəndiklərimiz bol olsun! Siz də follow edərək ya da emaillə subscription olaraq dəstəyinizi göstərə bilər və anında yeni yazılardan xəbərdar ola bilərsiniz. Bəs siz bu gün nə öyrəndiniz? Rəylərinizi gözləyirəm. Uğur ola!

Comments

Working…