Muzafferus
Internship Diary
Internship Diary · 13.08.2018

15. On birinci gün

Bu gün, günə ciddi məsləhətlərlə başladım. Deyir, əgər mənə ağacı kəsmək üçün 10 saat vaxt verilibsə, o vaxtın 7 saatını baltamı itiləmək üçün sərf edərəm.

This piece is in Azerbaijani.

Bu gün, günə ciddi məsləhətlərlə başladım. Deyir, əgər mənə ağacı kəsmək üçün 10 saat vaxt verilibsə, o vaxtın 7 saatını baltamı itiləmək üçün sərf edərəm.

İlk tapşırığım slack idi. Belə ki Slack haqda qısa bir axtarışla ümumi məlumatlar əldə edib, blogumda paylaşdım. (https://muzefferpasazade.wordpress.com/2018/08/13/oop-java-22-stack/) Sora bunun çox asan olduğu, kənar mənbələrdən istifadə etmədən slack məntiqini özümün qurmağım tapşırıldı. Əvvəl listlərlə, sora da massivlə qurdum. Hər 3-ünü də gitlab hesabıma push elədim. Yaxın günlərdə github kursuma başlayıb sora həmin materialları public olaraq paylaşacam.

Ardından meeting oldu; Firebase haqqında söhbətlər. Bir nəfər təqdimat hazırlamışdı. Onu dinləyib ümumi məlumatlar aldıq. Ardınca da başqa 2 nəfər Firabse Cloud Messange və Notfication mövzularında danışdı. Xeylaq yeni informasiyalar əldə etdim.

Günorta yeməyindən sora da yeni tasklarım gəldi. 7 yeni task var idi. Əvvəlində keçən gün sözünü etdiyim guidelines faylını yenidən oxumağım tapşırıldı. (https://github.com/ribot/android-guidelines/blob/master/project_and_code_guidelines.md) Bitirdikdən sora qısa bir sual-cavab edildi. Sora həmin tasklara başladm onları eləməyə. 3-ünü bitirdim, gün bitdi. Onlar arasında ən əsası backgroundla imageview-i uyğunlaşdırmaq oldu. Belə ki, normalda arxafonda kənar xətlər, şəklin özü isə başqa idi. Bir növ şəklə çərçivə qoyulurdu. Lakin şəkil çərçivənin qıraqlarna çıxırdı (çərçivə radius verilərək əyilmişdi, dairəvi idi kənarları). Onun üzərində düzəliş edərkən FrameLayoutdan istifadə edib o çərçivəni şəklin üzərinə qoydum, (https://www.techrepublic.com/article/pro-tip-round-corners-on-an-android-imageview-with-this-hack/) çərçivənin daxili rəngini transparant edib.

Sabaha 4 başqa tapşırıq qalmışdı. Kiçik bir istifadədən sora başqa tapşırıqlar da ortaya çıxdı. Sabah 5 tapşırıq edəcəm. Belə sadə şeylər olanda açıb danışmalıq nəsə olmur, texti ortaya çəkmək, şəkli dəyişmək falan. Amma yeni informasiya öyrəndiyim ya da bir çox yolu olan proseslərdən birini seçib etdikdə, onu bölüşməyə ehtiyac var deyə düşünürəm.

Belə.

Comments

Working…