Muzafferus
Internship Diary
Internship Diary · 14.08.2018

16. On ikinci gün

Bu günkü gün yenə maraqlı bir sual-tapşırıqla başladı. ! - faktorial nədir bilirsiz yəqin. Bir ədədin özündən birə qədər olan bütün tam ədədin hasili. 5! = 5*4*3*2*1 = 120.

This piece is in Azerbaijani.

Bu günkü gün yenə maraqlı bir sual-tapşırıqla başladı. ! - faktorial nədir bilirsiz yəqin. Bir ədədin özündən birə qədər olan bütün tam ədədin hasili. 5! = 5*4*3*2*1 = 120.

Məsələ: 2 fərqli formada istifadəçinin daxil etdiyi ədədin faktorialını tapan misal yaz. Burda birinci olaraq for-dan; ikinci olaraq da rekursiyadan (özü-özünü çağıran metod) istifadə etmək idi. Yazdım. Yaxında guthub kursumu bitirəndə bunu da paylaşaram sizlə.

Sora başladım Data strukut for Java - mövzusundakı əldə olan kitablardan, beginner core java mövzulu kitablar arasında seçim etməyə. Think Java-nı bitirəndən sonra oxuyacağım 3 kitabı seçdim artıq. Onlara başladıqca adların qeyd edəcəm, bloga linklərin qoyacam.

Keçdik işə. İş zamanı sadə şeylər elədim, dünəndən qalma 3 tapşırığımı elədim, 4-cünün də yarısın mən elədim digər yarsı qaldı digər əfəndi özü edəcək.

Aralarında belə ciddi danışıb flan şeyi flan elədim deyə biləcəyim biri yoxdu. Ama əsas öyrədici olan tapşırıq bu idi: bir informasiya səhifəsi var, API-dan informasiya gəlirsə hər şey hazırlandığı kimi normal görünəcək. Sadəcə, informasiya gəlməzsə, həmin boş qalan hissələri "Visible.Gone" etmək lazım idi.

Burada maraqlı olan məsələ gələn stringin null olmasını yoxlamasaq NullPointerException baş verir. Bunu da try/catch ilə yoxlayırıq; prosesi try-da olduğu - normal formada yazırıq; əgər informasiya gəlməzsə Exception verərsə; catch hissəsində həmin textin görünümünü Gone edib gozlədirik.

Belə. Bu gündən də bu qədər.

Comments

Working…