18. On dördüncü gün
Bu gün sakit başladı. Düşündüm ki, qaçmaq yoxsa piyada yerimək arasında fərqi necə təyin edəcəyimin yolunu taparam. Lakin asan görünmür. Təxminən günorta yeməyinə qədər ancaq…
This piece is in Azerbaijani.
Bu gün sakit başladı. Düşündüm ki, qaçmaq yoxsa piyada yerimək arasında fərqi necə təyin edəcəyimin yolunu taparam. Lakin asan görünmür. Təxminən günorta yeməyinə qədər ancaq axtardım. Heç nə tapmadım. Günorta yeməyindən sora mentoruma bildirdim, başqa task varsa edə bilərəm dedim. Kiçik bir task idi, uzunsov bir düyməni kvadrat etmək lazım idi. Edib push elədim. Sora boş qalmaq istəmədim, tasklar arasında gözüm birinə sataşdı. Siyahıdakı itemlərdən birinə basanda uyğun səhifə açılmalı idi. Qorxa qorxa onu etdim. Bildirdim, push elədik getdi. Problem bilirsiz nə idi? Mənə et deyilmədən etmişdim. Burda nədir ki problem? Çox şey. Onu o an kimsə etmiş ola bilərdi, ya da əlaqədar hissədə kimsə nəsə dəyişiklik etməli olduğu üçün mənim etdiyim dəyişikliklər confilig yarada bilərdi. Və ya problemin həlli təmiz başqa yerdə də olmuş ola bilərdi. Ona görə də siz siz olun, sizə verilməyən tapşırığı xəbərsiz etməyin. Bu səfər bir problem yaranmadı ama gələn səfər yarana bilər. Gərək daha diqqətli olum.
Sonra galary view düzəltmək taskı verildi, üstündə biraz işlədim, sadəcə vaxt çatmadı. Sabah tamamlayıb o haqda sabah danışacam.
Belə. Bilirəm artıq blog sizin üçün sıxıcı gəlir. Mənim üçün də. Nə edək. Hər gün yeni informasiya, hər gün yeni şeylər olmur bəzən. Gördüz boşluqdu Think Java-ya davam edin. Mən növbəti kitaba keçəndə sizə də verəcəm linkini oxuyarsız.
Working…