#2. Bu gün nə öyrəndim - 2022.11.09
1) SOLID prinsipləri nədir? Günə SOLID prinsiplərini təkrar etməklə başladıq. Hər dəfə fərqli məqalələrə baxıram ki, fərqli izahları, baxış açılarını görüm. Bu səfər sürətli…
This piece is in Azerbaijani.
1) SOLID prinsipləri nədir? Günə SOLID prinsiplərini təkrar etməklə başladıq. Hər dəfə fərqli məqalələrə baxıram ki, fərqli izahları, baxış açılarını görüm. Bu səfər sürətli olsun deyə türkcə 3 məqaləyə baxdım. 1, 2, 3. İstəz göz atarsınız.
SOLID prinsiplərinin məqsədləri: - Yazdığımız kod gələcəkdə əlavə olunacaq yeniliklərə daha tez adaptasiya ola bilmək - Yeni funksiyonallığı kodda ciddi dəyişikliklər etmədən əlavə edə bilmək - Kod üzərində tez tez olan düzəltmələr və hətta bəzən yenidən yamaq kimi məsələlərdə gedən vaxtı azalda bilmək
SOLID Prinsipləri: S - Single responsible - Tək məqsədlik: bir sinif və ya metodun sadəcə 1 məqsədi olmalıdır O - Open-Close - Açıq/Qapalılıq: Bir sinif və ya metodun hal hazırda olan funskionallıqları dəyişməyə qapalı olmalıdır, amma yeniliklərə açıq olmalıdır L - Liskov substitation - Alt siniflər üst siniflərin də yerinə işlədilə bilən olmalıdır I - Interface segregation - öhtəliklərin hamısını bir interfacedə yığmaq yerinə mümkün qədər interfacelərə parçalamaq, implement edən hər hansı bir class gərək bütün methodları işlətsin, işlətmiyəcəyi method varsa o interfacedən çıxarılmalıdır D - Depency Inversion - Asılılıqların azaldılması - Classlar işləmək üçün başqa kasla asılı qalmamalıdır (onu yaratmamalıdır) kənardan o klasın dəyişənini daxil etməlidir. Çünki həmin iç klasslar dəyişiklikliyə uğrayanda bu əsas klasda da dəyişiklik etməyə ehtiyac duymaq düzgün deyil.
Əslində bu gün daha çox olmalı idi ama o qədər başqa işlər çıxdı ki, bla bla bla, bəhanələr. Bu qədər.
Working…