Muzafferus
Internship Diary
Internship Diary · 01.08.2018

3. Üçüncü gün

Hə. Bu gün üçüncü gün. Uşaqlar dedi; onların xətrinə qeyd edim, bu gün avtobus və metronun gediş haqqı 30 qəpiyə qalxdı. Yeni bir ay başladı. Saat 9da da mən işə çatdım.

This piece is in Azerbaijani.

Hə. Bu gün üçüncü gün. Uşaqlar dedi; onların xətrinə qeyd edim, bu gün avtobus və metronun gediş haqqı 30 qəpiyə qalxdı. Yeni bir ay başladı. Saat 9da da mən işə çatdım.

Başlanğıcında gözəl bir insanla yarım saata yaxın söhbət etmək imkanım oldu (Seyid-Kənan). Söhbətimizdən belə nəticəyə gəldik ki; bu fomada android developer kimi, ciddi şəkildə "android developer" olmaq üçün təxminən 3 il lazımdı. Yəni, güclü. Digəri ölkədə nə Android Gear, nə də Android Vear bilmək əhəmiyyət kəsb etmir və ya tələbat yoxdu; ehtiyac yoxdu. Androidi bu formada inkişaf etdirsək də bunun axırı (tutaq ki amerika) gedir Unitiy-ə çıxır. O da Java yox C#. Yeni bir dil, yeni bir sistem. Yəni bu günkü təcrübələrim məni ora aparıb çıxarmır, o təmiz ayrı bir sahədi. Digər tərəfdən androidin üzərinə ios'u da gəlmək ölkə üçün prespektivlidi, androidi dərinləşdirmək də (native mobile application) ölkə xarici üçün prespektivdi. Digər tərəfdən bir android developer olaraq Core Java (başlanğıc səviyyə - Java SE) tərəfdən nəzəri biliklər əhəmiyyət kəsb edir. Hansı ki mənim halımda təcrübə az oluğu üçün bu boşluğu nəzəri biliklə doldurmaq lazımdı. Buna görə də ən azından hər gün 1 saat Java kitab oxumağa ayırmaq lazımdır.

Sora başladıq işə. Bu günki ilk işim textViewin sətir sayı ilə oynamaq oldu. (https://stackoverflow.com/a/5855778/4879035) Belə ki, sətir sayına limit qoyub; button əlavə edib, button kliklənərkən textView-in limitini silmək (büyün mətin görünsün) və həmin button (https://stackoverflow.com/a/4226632/4879035) itsin. (Belə bir şey də eləmək olardı əslində: https://www.mobilhanem.com/android-expandable-textview-kullanimi/)

Ardından etdiyim dəyişiklikləri Commit və Push elədim getdi gitlaba. Bax elə bunlada sıra gəldi git-də yeni şeylər öyrənməyə. Branch-ımı master-ə merger edib, (https://medium.com/@mustafazahidefe/git-notlar%C4%B1-6-branch-silmek-ve-merge-kavram%C4%B1-c4b6f0f8323) sora da masterdən pull etdim. (rogerdudler.github.io/git-guide/index.tr.html ) Belə deyim. Öz elədiyim dəyişiklikləri layihənin əsas xəttinə birləşdirdim. Sora da layihənin əsas məlumatlarını özümə çəkdim (digər dəyişiklik edən istifadəçilərin də merger-dən sora etdiklərini görmüş oldum). Layihəyə bütün formada baxdım.

Bu arada günorta yeməyi yeyib gəlmişdim. Tasklar arasında da addım sayar haqqında araşdırmalarıma davam edirdim.

Sora etdiyim dəyişiklikdə ciddi bir səhv var idi. Onu mənə göstərdilər və düzəltdim. Belə ki normalda if-dən sora əgər 1 sətirdisə, ediləcəklər dalğalı mötərizə içinə alınmaya bilər. Ardınca else yazıla bilər. Buna diqqət yetirməmiş, ifin həmin sətrindən sora mən də başqa bir if yazmışdım. Nəticədə ilk if-ə aid olan else mənim if-imə aid olmuş oldu. Bu da öz növbəsində ciddi səhvlər doğura bilərdi. Sözüm odur ki, mən etdim öyrəndim, siz də məndən oxuduz öyrəndiz; bir də olmasın belə şey.

Həə. Magin ya da Padding edəndə (xmldə ara məsafələr qoyarkən) Left/Right ilə yanaşı End/Start qeyd etməyimiz məsləhət görülür. Bunun nə üçün olduğunu bilmirdim. Onu araşdırdım. (https://stackoverflow.com/questions/14904273/what-is-the-difference-between-android-margin-start-end-and-right-left) Öyrəndim.

Belə.

Yekunda bu gün: Kariyera barəsində məsləhətlər aldım, gitdə merge və pull əmirlərini öyrənib tədbiq etdim, text-in maksimum görünən sətir sayını dəyişməyi öyrəndim, təcrübə etdim, düyməni görünüb-gizlənən etməyi təcrübə etdim. End/Startın nə üçün işləndiyini öyrəndim. İf bloklarına bir daha diqqət yetirdim.

Comments

Working…