37. İyirmi beşinci gün
Bu günkü bir nömrəli işim dünən yarım qoyduğum hissəni bitirmək idi. Orada yarım qalan 2 hissə var. İlki list hazırlamalı idim (onun içində progress bar və 2 textView var), bir…
This piece is in Azerbaijani.
Bu günkü bir nömrəli işim dünən yarım qoyduğum hissəni bitirmək idi. Orada yarım qalan 2 hissə var. İlki list hazırlamalı idim (onun içində progress bar və 2 textView var), bir də ikinci hissə olaraq border hazırlamalı idim, amma belə bildiyimiz düz xətt kimi yox, qırıq-qırıq, qayçı ilə kəsmək üçün işarə qoyurlar ey bax helə.
İlk növbədə RecycleView işlətməli idim, onun üçün list_item yaratdım. Bax mövzu burdan başlayır: Progress bar. 10-a yaxın kitabxanaya baxdım, biri çox xoşuma gəldi, onu işlətdim (https://github.com/akexorcist/Android-RoundCornerProgressBar).
Onu tamamladım, model yaradıb Adapteri bitirdim, hamısı hazırlandı bu hissə sona çatdı. Yemək fasiləsindən sonra xırda düzəlişləri də edib keçdim ikinci problemə. Onun üçün də drawable file yaratdım, ondan istifadə etdim. (https://stackoverflow.com/a/8202451/4879035)
RecycleView üçün scrollBar-ın xəttini əlavə etmək (https://stackoverflow.com/a/32519599/4879035) lazım gəldi. Sonra da onun rəngi (https://stackoverflow.com/a/35401709/4879035 ).
Sonra da hamısını yığdım push elədim getdi.
Bu gündən də bu qədər.
Working…