Muzafferus
Internship Diary
Internship Diary · 02.08.2018

4. Dördüncü gün

Bu günkü gün qarışıq və sakit keçdi. Əslində bu günkü gün haqqında yazmasam daha yaxşı idi. Nə etdim deyə soruşsan, nə cavabını verəcəyimi bilmirəm. Araşdırdım, kodlara baxdım,…

This piece is in Azerbaijani.

Bu günkü gün qarışıq və sakit keçdi. Əslində bu günkü gün haqqında yazmasam daha yaxşı idi. Nə etdim deyə soruşsan, nə cavabını verəcəyimi bilmirəm. Araşdırdım, kodlara baxdım, kitabxanalardan istifadə etməyə çalışdım.

Biraz SharedPrefences, biraz Service, biraz Sensor. Aləm dəydi bir-birinə. Hələ də ortada bir şey yoxdu. Nə istədiyimi tapşmışam nə də bir şey etmişəm.

Əslində məsələ də nə istədiyimi bilməməkdədi. Təcrübəsizliyim bax burda özünü biruzə veri. Planlamamaq, bölməmək.

Əvvəl gərək planlayardım, bölərdim, parçalayardım. Sora xırda xırda edərdim; ən azından əlimdə nə isə olacaqdı. İndiki kimi havada qalmayacaqdım.

Bu səhvi düzəltmək lazımdı. Sabahkı günün daha yaxşı olmasına çalışmaq lazımdı.

Bir də ən əsası İngilis dilini öyrənməyə də vaxt ayırmaq lazımdı. Mütləq.

Belə.

Git haqqında burdan öyrənə bilərsiniz: https://eu.udacity.com/course/version-control-with-git--ud123

Comments

Working…