44. Otuzuncu gün
Bu gün iş günüm necə keçdi?
This piece is in Azerbaijani.
Bu gün iş günüm necə keçdi?
Əslində günün əvvəlində hansı taskı yerinə yetirəcəyimi bilmirdim. Ona görə birəz gözləməli oldum, soradan qərarlaşdırdıq ki, yarım qoyduğum, o ikili layoutlu activity-ə qoyduğum yerdən davam edim.
İlk hissəsi hazır idi. İkinci hissəsi üzərində işləməyə davam etdim, səhifəni linearLayoutlar üzərindən hazırladım. Orda araşdırmalı olduğum mövzu var idi. Şəkilin seçilmiş/seçilməmiş formaları fərqli idi; onu yoxlayıb, şəklə "click" edilərkən mənbəsini dəyişdirmək lazım gəlirdi. Kiçik bir internet araşdırması, (https://stackoverflow.com/a/23358758/4879035) və həll elədik. Sonra belə qərar verdik ki; Linear-lardan yox Constrant Layout-lardan istifadə edib yenidən kənar çərçivəni düzəldim. Birəz vaxt aldı, Constrantı ilk dəfə real layihədə yoxlayırdım. Amma maraqlı imiş. Məsləhət görürəm, öyrənib, istifadə etməyə çalışın.
Sonra bir şəkli klikləyəndə kalendar tipli tarix seçimi gəlməsini düzəltdim. Qaldı neçə günlük cədvəl olacaq o spinneri qurmaq sabaha.
Bu günlük bu qədər
Working…