Muzafferus
Internship Diary
Internship Diary · 13.09.2018

46. Otuz ikinci gün

Bu günkü iş günüm necə keçdi?

This piece is in Azerbaijani.

Bu günkü iş günüm necə keçdi?

Keçmədi. Bərbad idi. Çox bərbad. Səhifəni çoxdan təhvil verməliyəm, mən bir spinner üzərində ilişib qalmışam, heç cür düzəldə bilmirəm, alındıra bilmirəm. Alınmadıqca da əsəbləşirəm, komputer donur - əsəbləşirəm. Axıra yaxın birəz də tələsdirdilər, lap pis oldum. Edə bilməməyimə. Edə bilməməyim normaldı ey, onu anlayıram. Sadəcə çox pis vəziyyətdə qalmışdım ki, təhvil verməliyəm, yarımçıq verə bilmərəm, bunu bitirə bilmədiyimi deyəndə, az-az nə qədər vaxt vermişdilər. Bu bitməmiş növbətiyə keçməyə icazə vermirdilər. Belə. Gün çox bərbad idi. (https://stackoverflow.com/a/44085329/4879035 )

Həftə sonu komputeri format edəcəm. Görək başıma nə iş gəlir..

Belə

Comments

Working…