Muzafferus
Internship Diary
Internship Diary · 03.08.2018

5. Beşinci gün

Bu gün həftənin beşinci günü, son iş günü.

This piece is in Azerbaijani.

Bu gün həftənin beşinci günü, son iş günü.

Biraz işə tez çatmış, Java üçün kitab axtarışları eləmişdim. (https://www.quora.com/What-are-the-best-books-to-learn-Java)

Bu gün də öz araşdırmamın üzərindən getdim.

Dünənki səhvi eləmədim. Oturub düşündüm. Nə etməliyəm deyə? Tədbiqetmə söndürülsə də işləyən bir şey lazımdı. Servis. Servis yaratdıq. O servisi necə edim arxa fonda işlək qalsın. Tapdıq onu da elədik. (https://developer.android.com/training/run-background-service/create-service https://developer.android.com/guide/components/services https://fabcirablog.weebly.com/blog/creating-a-never-ending-background-service-in-android)

SharedPreference haqda bilirdim, oxumuşdum, yenədə qısa bir axtarış, onu işlətdim. (https://www.canyapan.com/android/android-ile-sharedpreferences-kullanimi.html)

Bir də işin ən maraqlı hissəsi. Arxa fonda işləyən sistemin istifadə etdiyi dəyişənləri view-ya ötürərkən ehtiyatlı olmaq lazımdı. Servis işləyərkən belə tədbiqetmə söndürülərsə (onDestroy; kill), servis həmin elementlərə çata bilməyəcəyi üçün tədbiqetmə çökəcək (error/ crash). Bunun üçün də kiçik bir axtarışla prosesləri Activity Lifescile üzərindən qurdum, daha yaxşı oldu. (https://www.javatpoint.com/android-life-cycle-of-activity)

Hazırdı. Push elədim getdi gitlab hesabıma.

Hə bi də udacity-dən git dərsləri var linkini vermişdim. Yenə yada salım ona baxmaq lazımdı.

Yekun olaraq: SharedPreferences, Service, Android Lifescile mövzuların araşdırıb tədbiq etdim. Bu qədər. Hərf səhvləri falan boş şeydi. Vaxt yoxdu düzəltməyə. İmkan tapanda editləyərəm.

Comments

Working…