Muzafferus
Internship Diary
Internship Diary · 20.09.2018

53. Otuz yeddinci gün

Bu gün günə nəhayət ki uzun zaman öncə hazırladığım stepCounter-i bu əsas tədbiqetməyə implement eləməklə başladıq. Gitlab-dan kopyala bura müvafif yerlərə yerləşdir falan.…

This piece is in Azerbaijani.

Bu gün günə nəhayət ki uzun zaman öncə hazırladığım stepCounter-i bu əsas tədbiqetməyə implement eləməklə başladıq. Gitlab-dan kopyala bura müvafif yerlərə yerləşdir falan. Hazırdı. Kiçik bir test. Oldu əla.

Günortaya qədər vaxtım buna getdi, günorta yeməyindən sonra push elədim getdi. Keçdim digər məsələlərə.

İlki kiçik bir yerdə textin rəngini və ikonu dəyişmək idi. Burası asan şeydi etdik getdi.Məsələ nədi, push edəndə səhvliklə master-də etmişdim, öz branch-ımda deyildim. Niyə? Çünki push edəndən sora pull elədim, aləm dəydi bir-birinə, silib təzdən klonladım, onda da öz brach-ıma keçməyi unutdum. Ehtiyatlı olmaq lazımdır.

Sonra da keçdim Youtube məsələlərinə. Ediləcək şeylər biraz qarışıqdı. Playerimi səliqəyə saldım, (https://stackoverflow.com/questions/39606147/how-to-get-the-current-minute-for-playing-youtube-video-in-android) indi onu elə eləməliyəm ki videodan çıxanda qayıtdığı səhifəyə duration ötürsün. Birəz üstündə işlədim gördüm enerjim qalmır. Yığışdırdım. İşdən çıxma vaxtı idi onsuz. Bu günlük bu qədər.

Comments

Working…