Muzafferus
Internship Diary
Internship Diary · 28.09.2018

61. Qırx üçüncü gün

Bu günkü iş günüm necə keçdi?

This piece is in Azerbaijani.

Bu günkü iş günüm necə keçdi?

Günün başlanğıcı yaxşı deyildi, belə ki, ilk işim o cədvəlin alt hissəsində və yan hissəsində verdiyim formetter-lər bir-birinə çox yaxın idi, aralarına məsafə verməliydim. Ha axtarırdım bir şey tapammırdım, günorta yeməyinə qədər heləcə vaxtım boş yerə uçdu getdi.

Günorta yeməyindən sonra onun ölçüsünü kiçildərək az da olsa problemi həll eləmək qərarına gəldim. Ardınca, həmin hissənin altında başqa text var idi onun margin və texSize-yla oynayıb qaydaya saldıq. DataFormatterdə də kiçik bir problem var idi onu düzəltdim. Oldu tamam. Push elədik getdi.

Mən keçən gün data almaq üçün Post metodundan istifadə eləmişdim, Retrofitlə. İndi də sadəcə data ötürmək üçün post mesajından istifadə etməli oldum, bir səhifədə istifadəçinin girdiyi iki məlumatı bazaya ötürmək üçün Retrofitdəm istifadə elədim. Ardınca bir ədəd də push. O da tamam.

Günün yarsı boş olsa da ikinci yarsı yaxşı keçdi. Beləcə bu həftə də belə bitdi.

Təcrübə programı 3 aylıq nəzərdə tutulub. Bu gün 2 ay tamam oldu. Qaldı bir ayım. Təxminən 20-25 yazılıq ömrü qaldı blogun.

Belə.

Comments

Working…