68. Qırx səkkizinci gün
Günə nələr etmişik, nə qədər vaxt alıb, nələr edəcəyik nə qədər vaxt alacaq, ümumi hesablayıb plan çıxartdıqdan sonra bu gün nələri edəcəyik və nə qədər vaxt alacaq onu təyin…
This piece is in Azerbaijani.
Günə nələr etmişik, nə qədər vaxt alıb, nələr edəcəyik nə qədər vaxt alacaq, ümumi hesablayıb plan çıxartdıqdan sonra bu gün nələri edəcəyik və nə qədər vaxt alacaq onu təyin edərək başladıq.
İlk iş ButterKnife-ı implement eləmək oldu. Kimdi bi də OnCreate metodunun içində uzun-uzun setOnClickListener çağıran? ButterKnife nə işə yarayır bəs? Hardasa 66 gün əvvəl adın çəkmişdim, hələ də işlətməmisizsə səhv eləmisiz. Bir də linkin verirəm, göz gəzdirmək lazımdı. (https://github.com/JakeWharton/butterknife). İlk iş bütün səhifələrə əlavə etmək oldu, hər şey qaydasına düşdü, push, merge. Əla.
Sonra keçdik editText-ə, belə ki text yazarkən o nömrə görünür ha, sənin üçün xəttlər qoyur, sən də doldurursan, falan, helə bir 6 rəqəmli təsdiq kodu düzəltmək lazım idi. Marked istifadə elədim (linkədəki şəkildə rahatlıqla anlaşılır nə dediyim). Push. Merge. Tamamdır. (https://stackoverflow.com/a/38610165/4879035)
Bir səhifədə istifadəçidən nömrə alıb digərinə göndərmək lazım idi, lakin bu mobil nömrə daha səliqəli görünsün deyə, ortalara boşluq qoymaq lazım gəldi, kiçik axtarışla StringBuffered tapdım, onunla problem həll olundu. Push, Merge, bu da tamamdır. (https://stackoverflow.com/a/10252884/4879035).
Bir yerdə, timer düzəltmək lazım idi, misal üçün 3 dəqiqə geriyə doğru sayıb, sıfır olanda ekrana Toast mesaj çıxarsın kimi. CountDownTime var hazır, onu araşdırıb tapdım, istifadə elədim. Əlbətdəki, push elədik getdi. (https://stackoverflow.com/a/35788742/4879035)
Bi dənə text olan sadə səhifə hazırladım, digər səhifədən də klik qoyub ora keçid elədim. Amma burda bir məsələ var idi, keçidlər işləmirdi, adların düzgün qoymuşam, amma metodların (ButterKnife haqqında qısa yazı yazam gərək) əvvəlinə public qoymamışdım. Tamamdır qoydum, yoxladım yenə işləmir. Lənət olsun, bildim niyə. ButterKnife-ı tanıtmamışam axı. Siz-siz olun activitinin onCreate metodunun içində "ButterKnife.bind(this);" ya da fragmentlər içərisində "ButterKnife.bind(this, wiev);" yazmağı unutmayın. (ButterKnife yazın bundan yaxşı olmayacaqdı ki, bu da belə əldən çıxdı - "done"). Hə onu da düzəltdik, hər şey qaydasında. push elədik getdi. Push elədik, eləməyinə, bir öz-özümüzə dedik ki, bunun merge hissəsin niyə özüm eləmirəm ki, bir sağdan göstər, bir soldan göstər, öyrənib onu da elədik, oldu tamam.
Sonuncu gördüm hələ vaxt var 1 saat, boş oturmaq olmaz, keçdik o 6 rəqəmli kod olan hissəyə, belə ki, 6 rəqəm də dolduqdan sonra müəyyən proseslər olacaq (API sorğuları falan), onun üçün indidən yer hazırlamaq lazımdı. Nə edək, necə edək? Text ora daxil olanda biz onu bilməliyik ki, text sayı 6 olanda bilək hamısı dolduruldu. Bunun üçün də gəlsin bizə .addTextChangedListener və onun üçün də işlədəcəyimiz TextWatcher. Əvvəl də bir dəfə istifadə eləmişdim, ona görə rahat oldu. Düzdük, qoşduq, test elədik. Push elədik. Ardınca da merge.(https://stackoverflow.com/a/14625551/4879035)
Bu günlük də bu qədər. Xırda falan ama xeylaq iş görüb yeni şeylər öyrəndim. Bloq üçün də bolca link qoyduqmu, oldu tamam. Pəh.Həftə sonu istirahəti "hakk etdik".
Working…