Muzafferus
Internship Diary
Internship Diary · 15.11.2022

#7. Bu gün nə öyrəndim – 2022.11.15

1. Müsahibə sualalrına baxış Burada bir neçə hazır məqalələrə göz atırıq ki, ümumi proseslə tanış olaq. Bunun üçün yeni bir neçə məqalə qarşıma çıxıb. Bunlardan ilki türkcə…

This piece is in Azerbaijani.

1. Müsahibə sualalrına baxış Burada bir neçə hazır məqalələrə göz atırıq ki, ümumi proseslə tanış olaq. Bunun üçün yeni bir neçə məqalə qarşıma çıxıb. Bunlardan ilki türkcə idi, ikincisi ingiliscə. Hər ikisinə göz atsaz sevinərəm. İngiliscə olan bol-bol mənbələrlə doludur, təkrar tərkrar ora baxıb onun mənbələrindən irəliləyəcəyik.

2. Memori leak-ə giriş Bu yazıda biz qısaca memory leak (Bellek sızıntısı - yaddaş axıntısı) haqqında oxuyuruq. Androiddə Garbage Collector tərəfindən silinə bilməyən obyektlər - elementlər memory leak yaradır. Misal bir fragment daxilində istifadə etdiyimiz static context və ya static view elementləri o fragment öldükdən sonra da yaşayacağı üçün GB tərəfindən silinmiyəcək və memory leak kimi qalacaq. Və ya bir class daxilindəki innerclasslarda istifadə edilən static dəyişənlər. Başqa bir nümunə getApplicationContext() ilə edilmiş əməliyyatlardır ki bu əməliyyatlar application açıq olduğu müddətcə sağ qalır və contextimiz getsədə yaddaşdan silinmirlər. Bu da memory leak-in böyüməsinə və OutofMemory errorları almağa və ya ANR-lərin (donmaların) baş verməsinə gətirib çxıara bilir. Diqqətli olmaq lazımdır.

3. Parcelable və Serializable Bir obyekti bir fragmentdən digərinə göndərdikdə bu obyekt primitiv typelara çevrilib göndərilməlidir, bu çevrilmə prosesi serializable adlanır. Serializable Java kitabxanası üzərində gəlib. Parcelable ilə isə eyni məqsədlə istifadə edilir və bu bölünüb göndərilmə bir-bir əllə manual olaraq yazılır (Kotlinlə bu prosesdə sürətləndirilib və anotationa keçirilib). Buna görə də Java tərəfdə serializable yazmaq daha asan, parcelable yazmaq daha faydalı olur. Parcelable 10 qat Serializable-dan daha sürətli işləyir data transferi zamanı. Bu haqda bu məqaləyə göz ata bilərsiniz.

4. Coroutines haqda ümumi məlumatlar Burada sizin üçün detaylı yazmıyacam, oxuduğum məqaləyə buradan göz ata bilərsiniz. Sadəcə qeyd edim ki bunun üstündə bolca işləyəcəm və özümü inkişaf etdirib çox gözəl materiallar hazırlamağı planlayıram.

Comments

Working…