9. Yeddinci gün
Bu gün. Bu gün sırf işim addımsayar üzərindən oldu. Android 4.4 altı üçün olan hissəyə iki başqa nümunə tapıb qoşdum, 3-ünü də təkrar test edib son qərar birini seçdim,…
This piece is in Azerbaijani.
Bu gün. Bu gün sırf işim addımsayar üzərindən oldu. Android 4.4 altı üçün olan hissəyə iki başqa nümunə tapıb qoşdum, 3-ünü də təkrar test edib son qərar birini seçdim, digərlərin silib tədbiqetməni gitlab hesabıma push elədim. İş tamam idi.
Mən boş durmaq istəmirdim. Normalda addıma uyğun metr də göstərilir bu tip tədbiqetmələrdə, onun necə hesablanacağını tapdım, giriş üçün dialog yaradıb istifadəçidən cinsi (https://stackoverflow.com/questions/11050074/how-to-check-if-radiobutton-is-checked) və boyunun uzunluğunu istədim (sonradan dəyişdirmək üçün də düymə əlavə elədim). Həmin cins və boy uzunluğuna görə addım məsafəsi hesablanır. (https://www.walkingwithattitude.com/articles/features/how-to-measure-stride-or-step-length-for-your-pedometer) Hamısını tamamlayıb push elədim gitlab-a getdi.
Bu arada normalda CTRL+F basıb olduğun sinif və ya xml faylında axtarış etməyi bilirdim, araya Shift-i də salıb (CTRL+Shirft+F) birlikdə bütün layihədə axtarış etmək olduğunu öyrəndim.
Yekunda bu gün layihə üzrə axtarışı, boy və cinsə görə addım uzunluğunun necə tapılacağını öyrəndim, Nəhayət ki lazım olan o kiçik tədbiqetməni yekunlaşdırdım.
Belə.
Working…