98. Altmış altıncı gün
Günə EditTextlər boş qalarkən çıxan dialog error mesajlarını editTextlərin öz gözəl funksiyası olan "ediTextName.setError()" - ilə dəyişdirərək başladım.
This piece is in Azerbaijani.
Günə EditTextlər boş qalarkən çıxan dialog error mesajlarını editTextlərin öz gözəl funksiyası olan "ediTextName.setError()" - ilə dəyişdirərək başladım.
Bəzi editTetxlər var idi, onlara rəqəmlər daxil edilərkən hamısı bitişik görünürdü, onu səliqəyə salmaq lazım idi, onun üçün əvəllər (2 ay əvvəl falan) bir payment səhifəsi yazanda ediText üçün TextWatcher işlətmişdim, açdım onun kodlarına baxdım, ona uyğun yenisini yazdım, nəticə olaraq, daha yaxşı göründü. Push elədim bu da getdi.
Bəzən səhifə açılarkən loading gəlir, api sorğu gedir, və onun nəticəsinə uyğun success və ya error dialogu çıxır ekrana. Həmin dialog vaxtı əgər context null olarsa error verir, buna görə də Utility-də static olan həmin dialogların ".show()" hissələrini if(context!=null) şərti içinə daxil etdim ki, null olanda dialog göstərilməsin. Belə. Bunu ciddi formada test etmək lazımdı amma.
Demək başqa bir yerdə wifi connection qurduqdan sonra qısa müddət gözləyib həmin wifinin mac adressin götürmək lazım idi, bunun üçün Thread işlədirdim. Orada belə bir problem var idi ki həmin Thread user interface-ə əlçatan deyildi, dialogları göstərə bilmirdim. Onun üçün runOnUiThread (https://stackoverflow.com/q/12850143) istifadə edəsi oldum, bu zaman da app sanki donur (Thread bizim ui-yə təsir etmək istəyir, onu dondurur). Qısası bu da əlverişli deyildi. Keçdik AsyncTask-a. (https://stackoverflow.com/a/14251115). Bakc-də yoxlamalarımı aparıram, bizə lazım olan nəticə hissəsi (dialoqlar) isə onPostExecute daxilində olur. Beləcə məsələ rahatlıqla həll olunur. Commit, push. Bu da tamam.
Günrta yeməyindən sonra açdım android studionu. Bütün text-ləri lazımi formada Constant-faylına və ya String-lərin yanına göndərdim. Lazım olanda həm rahatlıqla dəyişə bilmək olsun, həmdə api rahatlıqla çoxdilli etmək olsun deyə.
Ardınca başladıq api-lərlə işləməyə. Demək bizim api-lərdə hamısında dəyişiklik oldu, transactionId məsələsi ortaya atıldı, ki tədbiqetməyə eynivaxtda iki frqli yerdən loqin olmağa icazə verilməsin deyə. Başladım bütün API-ları yeniləyib həmin məsələyə uyğunlaşdırmağa. Sonrada testlər, dəyişikliklər. O bu. Başımı itirdim. Yarım yamalaq qaldı. Günü də belə yekunlaşdırdım.
Working…