"Təkrar salam", öz-özlüyümüzə etdiyimiz bir söhbətdir. Birinin çıxıb bizə deməsi gərəkən şeyləri bu podcastda eşidəcəyik. O bizim iç səsimiz olacaq. O bizim dostumuz olacaq. Nə istəyirik? Hədəflərimizə necə çataq? Arzularımız nədir? Və daha çoxu. Təkrar görüşənədək.
Təkrar salam.
Bir dəqiqə bir dəqiqə. Heçara tələsmirsən. Dayan. Sakin. Rahat. Narahat olma. İnan ki gec qalmırsan. Dərin bir nəfəs al.
Yaddaşa verdiyin musiqinin üstündən 10 il keçir. Ya da bir qırağa yazıb qoyduğun "Ediləcək 10 əsas hədəfin" üstündən 20 ay keçib. Nə bilim. Xəyallar - planlar - hədəflər, istəklər - ediləcəklər.
Dayan. Dayan dayan. Heçara qaçmırıq. Bəsdi. Ehtiyac yoxdu. Özünə bunu eləmə. Onsuz da bilirik, bu neçənci görüşümüzdü artıq. İkimiz də hər şeyi çox yaxşı bilirik. Özünə deməyə cəsarət edə bilməsən də bilirik də bunu, "adam balası kimi" (dırnaq içində) oturub düşünməsən bunu, heçnə olan deyil. Qaçmağın, tələsməyin bir adı yoxdu. Lazım deyil. Hər şey diyansın. sakitləş.
Yaşın olub 15-20-30-40, bilmirəm. Hələ də ağlın başına gəlmiyib. Özünü tanımırsan, nə istədiyini bilmirsən. Həqiqətən nə istədiyini bilmirsən. Necə eləməli olduğunu, nəyi seçməli olduğunu da bilmirsən. Çünki bilmək üçün dayanmırsan. Dayan. Xahiş edirəm. Dərin nəfəs al. İki dəqiqə dayan. Söhbət edək.
İki mədəni insan kimi oturub söhbət edək. Daha doğrusu mən danışım, sən də qulaq as. Qaçmağın adı yoxdu. 150-300-500 şey istiyə bilərsən. Amma hamısını beyninin içində saxlamağın he bir adı yoxdu. İnan xeyri yoxdu. Yarımçıq qalan bir milyon dənə şeydən birinə çevrilirlər onsuz. 357 dəfə demişəm, bir də deyim. Yaz!.
Arxafon Musiqisi: “Piano Sonata No. 16 in C Major” - Mozart
Bölümün fotosu: ChatGPT