Muzafferus
VII · Haqqımda

Müzəffər Paşazadə

Muzafferus mənim üçün hər şeyin adıdır: kitablarımın müəllifi, Play Market-də developer adım, github username-im, sosial hesablarım. Məndən ad soruşulan hər yerə Muzafferus yazıram.

Yaratdığım hər şeyin üstündə eyni ad var: Muzafferus. Şeir kitabına da, yazdığım tətbiqə də, podcasta da. Çünki mənim üçün şairlə mühəndis iki ayrı adam deyil — eyni adamın eyni işi: görünməyən bir boşluğu görünən, eşidilən etmək.

1995-ci ildə Kür çayının sahilində, Yevlaxda doğuldum; indi Bakıda yaşayıram. Uşaqlığımın bir parçası Sumqayıtda, bir liseydə keçdi — təfəkkürümü formalaşdıran yerlərdən biri. Sonra Azərbaycan Dövlət Neft Akademiyasını (indiki ADNSU) bitirdim, Step IT Academy-də oxudum və proqram təminatına keçdim. Amma yazmaq həmişə yanımda idi — əvvəl şeir, sonra elmi-fantastika.

Üç kitabım çap olundu: Şizofrenik Saturn, Nar dənələri və M-66 — sonuncunun çoxunu hərbi xidmətdə yazdım. Hər üçü eyni şeyin ətrafında dövr edir: boşluq, qaranlıqla işığın oyunu, kiçik «mən»in kosmik miqyas qarşısında dayanması. 2010–2016 mənim ən melanxolik, eyni zamanda ən məhsuldar illərim idi; kədər ilham idi.

Səs də mənim dillərimdən biri oldu: «Axtaran Adam»dan «Gec oldu»ya qədər podkastlar yazdım. Bu gün Mənsurə ilə «LineOfUs» adı altında «Yolda olarkən»i qururuq — Batumidən Misirə, Portuqaliyaya... öyrənə-öyrənə, yola çıxa-çıxa yaşadığımız bir həyat.

Bilirəm ki, rahatlıq da bir tələ ola bilər. Ona görə qurmağı dayandırmıram — onlarla tətbiq, oyunlar, startaplar və hələ bitməmiş dördüncü kitabım «Boş Çoxluq». Bunların heç biri ayrı işlər deyil; hamısı eyni boşluğa qarşı.

Bu sayt illərdir səpələnmiş hər şeyi ilk dəfə bir yerə yığmaq cəhdimdir. Sona çatmış bir arxiv deyil — açılmamış növbəti qapı.

İndi

Derek Sivers-in «now page» ideyası ilə: bu gün, 2026-da, diqqətimin harada olduğu.

ZapCast-ı böyütmək. Sürücüləri ehtiyat hissələri satıcıları ilə birləşdirən platformanı genişləndirmək — Azərbaycan bazarını rəqəmsallaşdırmaq.
App portfelini istehsal etmək. «App-a-Day» ritmi ilə kiçik, faydalı tətbiqlər: Mood Master, Rowloom, RentFlow, Vision 20/20.
«Boş Çoxluğ»u bitirmək. İllərdir donub qalan dördüncü kitabı yenidən oyatmaq — bu saytın da əsl səbəbi budur.
LineOfUs — yolda. Mənsurə ilə «Yolda olarkən» və ortaq məzmun; köçəri, öyrənə-öyrənə bir həyat.
Öyrənməyi dayandırmamaq. İspan dili, şahmat, alqoritmlər və Kotlin/Jetpack Compose — hər şeyin statistikası ilə.
Azadlıq və daxili sülh. Öz şərtlərimlə yaşamaq və qurmaq — rahatlıq tələsinə düşmədən.
Faktlar
Doğum
22 yanvar 1995, Yevlax (Kür çayının sahili)
Yaşayır
Bakı, Azərbaycan
Təhsil
Azərbaycan Dövlət Neft Akademiyası (ADNSU) · Step IT Academy
Sahə
Yazıçı · şair · Android developer · podkaster
Podkast
Axtaran Adam · Gec oldu · Yolda olarkən
Kitablar
Şizofrenik Saturn, Nar dənələri, M-66 + Boş Çoxluq (davam edir)
Yol
2010
İlk yazı: «Dəyişdirə bilmədiyimiz həyat». Yazı başlayır — 2010–2016 ən məhsuldar illər.
2015
«Axtaran Adam» podkastı başlayır.
2016
Şizofrenik Saturn və Nar dənələri çap olunur. Hərbi xidmət — M-66-nın çoxu orada yazılır.
2017
Yazı dayanır — «qapı bağlanır». «Gec oldu» podkastı (melanxolik şeirlər).
2018
Java + Android, Step IT Academy; ilk developer stajı. Səyahətlər (Qax, İlisu, Şəki, Trabzon).
2021
M-66 çap olunur; «40-cı qapı» — Qulaqlıqlı oğlan silsiləsinə vida.
2023
Mənsurə ilə «Yolda olarkən» / LineOfUs — köçəri həyat (Batumi, Misir, Portuqaliya).
2026
Builder dövrü: geniş app portfeli, ZapCast — və bu sayt: «41-ci qapı».
Simvollar
Saturn. Kosmik və psixoloji bir obrazda birləşir — debüt kitabım.
Nar & qum dənələri. Bir qabıqda çoxlu dən; qum saatında hər dən bir ümid — sonuncudan qorx.
Qapı. Əvvəl bağlı maneə, sonra keçilən astana — «40-cı qapı»dan «41-ci»yə.
Buludlar, ulduzlar, boşluq. Buludlar ulduzları gizlədir; «bu kainatda tək miyik?»
Axtaran adam. Hər şey bir axtarışdır — Okaber-in «Axtarma»sından doğulan ad, sonra podkast.
Ortada olmaq. Başlanğıclarla sonlar arasındakı yer — ən çox dayandığım astana.
Təsirlər
Yazıçılar
Hermann HesseFranz KafkaAdam FawerAntoine de Saint-ExupéryRay BradburyKurt VonnegutPaulo CoelhoOrhan PamukDouglas AdamsCarl SaganAndy WeirJules VerneSusanna TamaroCal NewportŞəhriyarStephen Hawking
Filmlər
InterstellarLucyThe Man from EarthK-PAXContactInto the Wild