1:0 - 11. Zamanı verimli kullanmak, televizyon ve youtube'a harcanan süre, kitap okumak.
Silinmə nöqtəsi, unutma nöqtəsi, başlanğıc nöqtə.
Silinmə nöqtəsi, unutma nöqtəsi, başlanğıc nöqtə.
Bir sıfır irəlidə, yoxsa bir sıfır geridə?
Sözü gedən podcastın youtube kanallarındakı həmin bölümün linki budur. Podcast kimi burdan dinliyə bilərsiniz.
Küləyin təbəssümü ilə başlayır hər şey. Yeni həyat. İkinci, üçüncü və ya on beşinci.
Yaddaşa qarşı qisas? Ədəbiyyatı qoyaq bir qırağa, öz əvəzimə seçimimi etdim, bu podcastla başlayırıq. Qisas alaraq boşluqdan. Boşa keçmişlərdən, boşda qalmışlardan.
Musiqinin adı: Quizàs, Quizàs, Quizàs - Andrea Bocelli (youtube)
4.8 saniyəlik anketə mən belə qatıla bilmədim. Gecikmişik. Üzərindən keçib, vaxtı bitib.
Linki dəqiq vermədilər amma təxmin edirəm ki budur: https://www.dunya.com/kose-yazisi/yillik-ihracat-son-dort-yilin-ithalat-son-bes-yilin-en-dusuk-duzeyinde/28308
Keçirik qısaca iqtisadi məsələlərə. İhracat: ixrac, ithalat: idxal. Gəlin baxaq görək nədir bu idxal və ixrac?
Vikipediyaya baş vururam.
İxrac: iqtisadiyyatda məhsulun ölkənin sərhəddindən kənara göndərilməsi, xarici bazarda satışı üçün nəzərdə tutulması.
İdxal üçün yazı yox idi (daha doğrusu iqtisadiyyata yox informatikaya aid idi). Öz sözlərimlə izah etməyə çalışım: ixracatın əksi; ölkə sərhədləri kənarından daxili bazar üçün gətirilən xarici istehsalçıların məhsulları.
İdxalla ixracın, son istifadəçiyə təsiri nə ola bilər düşünək. Xaricdən gələn məhsulun çoxluğu iki məsələyə təsir edir, pulun xaricə axmasına, maya dəyərinin baha olmasına. İdxal nə qədər çoxdursa, ölkə iqtisadi cəhətdən zəifləyir (pul ancaq xaricə axır), yerli məhsula nəzərən maya dəyəri bahalaşır. (Gətirilən məhsula yol xərcini; gömrük xərclərini gəl gör hara çıxır). İxrac isə əksinə; ölkəyə gələn gəliri təmsil edir, deyə bilərik.
Təxminən sualı belə deyə bilərik: Xarici bazara çıxarılan məhsulların ildən-ilə daha çox artmasının, mənə: daxili bazardakı istehlakçıya təsiri varmı?
Hər il əvvəlki ilə nəzərən daha çox xaricə kartof satmağımızın, mənim daxili bazardan alacağım kartofun qiymətinə təsiri nə qədər ola bilər ki?
Azər İsmayıllı və Atabəy Ağalarbəylidən soruşdum, cavablarını dinlədim, aşağıdakı kimi nəticəyə gəldim: Əgər bir firma xaricə nə qədər çox məhsul ixrac edərsə, daxili bazara çıxaracaq məhsul sayını azalda bilər. Nəticədə məhsul azaldığından dəyəri artır və bu da qiymət artımına gətirib çıxarır.
Ümid edirəm ki məsələni aydınlaşdırdıq.
Podcastımızı dinləməyə davam edək.
Komputerlə istifadə edəcəyimiz vaxtda yaranan boş vaxt itkisini ölçməyə yarayan tədbiqetmədən danışırlar. Windows üçün deyil, MAC üçün olduğundan, dedikləri tədbiqetməni tapa bilmədim. İstəsəz siz axtararsınız. Əvəzedici proqramlar çoxdur amma.
Danışılan faktlar bizim nə qədər komputer qarşısında boş vaxt keçirdiyimiz həqiqətini bir də göz qabağına çıxarır. Amma məsələ o deyil. Əsas danışılmalı söhbət netflix, youtube - kimi sistemlərin televizoru əvəz etməsidir. Televizora baxmaqla onlara baxmaq böyük miqdarda eyni effekti verdiyi üçün, əslində biz sadəcə televizorumuzu komputerə daşımışıq deyə bilərik. Sadəcə o.
Beyin inkişafının azalması, fiziki hərəkətliliyin azalması.. Düşünmək yox, sadəcə zamanı keçirmək. Zamanın arxasınca üfürmək. Bəs nə zaman oyanacağıq? Oyanmaq vaxtı deyilmi?
Problemlərdən hər kəs danışır, gərək iki kəlmə də həll yolundan danışaq.
Bir To Do List işlətmək. Keçirsən komputerin qarşısına ki nəsə edəsən (iş/öyrənmək/araşdırmaq - nəsə). Əvvəlcə bir To-Do-List açırsan, gün boyu etməyi planladıqlarını (komputerdə) yazırsan. Sonra başlayırsan, gözünün önündə tutursan ki edəsən, kənara çıxmamağa çalışırsan.
İkinci məsələ telefonlarımıza tədbiqetmə qoşa bilərik. Kilit. 1 saat. Heç nə edə bilmirsən. 1 saat telefona toxuna bilmirsən.
Kitab oxumaq üçün gündəlik vaxtlar ayırmaq, oxumaq lazımdır. Lakin sürətlə və oxumuş olmaq adıyla yox, öyrənmək üçün, inkişaf etmək üçün.
Bir şeyi sıfırdan silmək yox, sənə xeyir edəcək şəkildə formalaşdırmaq lazımdır. Youtube-a girəndə sırf nəyə baxmaq istəyirsənsə ona baxıb, kənar şeylərə keçməmək. Oxuyacağın kitabları yaxşı seçmək. Dinlədiyiniz radyoları (podcast) yaxşıca seçmək.
Problemin həll yolundan hamı danışır, gərək iki kəlməlik də hərəkətimiz olsun. Haydi iş başına!
Gözlə…