Bando Vagonu | Akıl var mantık var (Sosyal Etki Dizisi #3)
Bu yazımızda "Bando Vagonu" adlı podcast (youtube videosu) haqqında danışacağıq.
Bu yazımızda "Bando Vagonu" adlı podcast (youtube videosu) haqqında danışacağıq.
Bir informasiyanı mənbəyindən birbaşa oxumaq əvəzinə onu oxuyan insanların fikirlərini oxumaq. Bax bu zaman onların fikirlərinə inanıb, onların fikirləri üzərindən hərəkət etmək, onlar kimi fikir səsləndirmək.
Facebookda çox rastınıza çıxıb. Bir statusun altında yüzlərlə eyni tip rəylər. Sanki hamısı bir-birinin kopyası.
Bando Vaqonu - Bir fikir və ya inancı bir qrupun həqiqət olaraq qəbul etməsi, başqa bir insanın həmin fikri və ya inancı həqiqət qəbul etməsi ehtimalının artmasıdır.
Bir növ sürü psixologiyası da deyə bilərik. Bir işi nə qədər çox insan etsə, başqa insanların da etmə ehtimalı o qədər çox artır.
Siz yəqin ki, indi podcastı dinləyib və ya videonu izləyəcəksiniz. Yenə də mən aşağıdakıları qeyd edim:
Hər mövzunu tərəfsiz şəkildə qiymətləndirməyə çalışmaq, müstəqil mənbələrdən oxumaq və ən əsası bizim kimi olmayan insanların da fikirlərini dinləmək işə yarayan bir nəticə gətirəcək.
Bütün düşüncələri ağıl və məntiq süzgəcindən keçirərək həzm etmək ümidi ilə, nə də olsa "Akıl var mantık var".
Gözlə…