Barış Özcan - Cep telefonuyla yavaş çekim teknikleri #SenDeYavaşlat
Bütün yavaş çəkim nümunələrinə, texniki informasiyalara, idealara və daha artığına bu youtube videosundan baxa bilərsiniz.
Bütün yavaş çəkim nümunələrinə, texniki informasiyalara, idealara və daha artığına bu youtube videosundan baxa bilərsiniz.
Bu səfər təmiz fərqli bir məsələ haqqında söz açmaq istəyirəm. "Sən də yavaşla".
Qaçırıq sanki, özümüzün belə xəbərimiz olmadan. Tələsirik. Ən gözəl şeylər ən sürətliləridir sanki. Xəbərimiz belə olmadan 10 pilləli bir pilləkəni 3-4 dəfəyə çıxırıq. Qaça-qaça. Yolun sonundakı həvəsinə. Bitirmək həvəsinə.
Bir söz var idi ey, xoşbəxtlik yolun sonunda deyil, yolun özüdür. Bax elə bu.
Dayanın, dayanaq, dayandım. Sakitləşək biraz. Dərindən nəfəs alaq. Ətrafımıza baxaq. Bu 4 il ərzində tələbəyəm. Bu 3 ay ərzində tətildəyəm. Bu 1 həftə ərzində məzuniyyətdəyəm. Bu 2 saat ərzində stadiondayam. Bu 30 saniyə ərzində bir gülə baxmaq imkanım var.
Sonra olmayacaq. Oxşarı ola bilər, daha yaxşısı və ya daha pisi ola bilər. Eynisi bir də olmayacaq. Biz eyni yaşda olmayacağıq. Biz eyni yerdə olmayacağıq. Biz eyni olmayacağıq. 22-ci yaş ilini sadəcə 1cə il yaşamaq şansın var. Sonra yoxdu. Bunun dadını çıxar. Kiçik bir uşağın təbəssümünə dalmaq üçün sadəcə 2-3 ilin var, sonra ya o kimi uşaq olmayacaq, ya da tələsdiyindən gülməyi unutmağa başlayacaq.
Anı yaşamaq lazımdı. Saniyəni. Hər saniyənin öz hökmü var. Öz qərarı, öz hissləri, öz arzuları. Hər saniyənin 1 saniyəlik ömrü var. 1 dəqiqəmiz 61 saniyə deyil. Unutmayın.
Anı yaşamağınız ümidi ilə.
Gözlə…