Muzafferus
13-cü səhifə
13-cü səhifə · 16.05.2018

BKB 078: Öğrenen beyin - 3

Bu günkü yazımız Bahri Karaçay Akademiyadan növbəti podcast haqqında olacaq.

Bu günkü yazımız Bahri Karaçay Akademiyadan növbəti podcast haqqında olacaq.

Aparılan tədqiqatlar bizə, zaman keçdikcə öyrənilən informasiyanın unudulduğunu göstərir. Bəs necə öyrənək ki, uzun müddət xatırlayaq.

İlk öncə bilməyimiz lazım olan şey odur ki, imtahanlara hazırlaşarkən "bir gecəyə öyrən" metodu sadəcə qısa müddətlik yaddaşımızda qalır. Bu informasiyaların uzun müddətli xatırlanması üçün bizə lazım olan: Təkrar.

Yuxarıdakı şəkildə podcastda sözü gedən qrafiki görə bilərsiniz. Burada əsas məsələ "unudulma vaxtları" zamanı təkrar etməkdir. Hər təkrar, növbəti "unudulma zamanı"-nı gecikdirir. Bu zaman ortaya çıxan, uzunmüddətli təkrardır. Misal üçün, əvvəl bu gün öyrəndiyini iki gün sora təkrarlayırsan. Öyrəndiyin halda 4 gün sonra. Bu formada zamanı artırırsan. Nəticədə həm uzunmüddətli öyrənmiş olursan həm də "hər gün təkrar etmə" məcburiyyətində qalmırsan.

Podcasta sözü gedən Ankidroid tədbiqetməsinin android versiyaslnı buradan yükləyə bilərsiniz.

Öyrənəcəyimiz informasiyaları sual-cavab və ya söz-tərcümə formasında kartlara qeyd edib yaddaşa veririk.

Başlayırıq kartları bir-bir gözdən keçirməyə. Əgər 5 saniyə ərzində cavabı biliriksə "Easy/Kolay" seçirik, nəticədə o kart 4 gün sonra təkrar ediləcək. Əgər çətinliklə xatırlayırıqsa "Good/İyi" seçirik. 10 dəqiqə sonra kart təkrarlanacaq. Bilmiriksə "Again/Yeniden" seçirik və 1 dəqiqə sonra kart təkrarlanır. Təkrarlanan kartlar növbəti dəfə 4 gün yox, 2 gün aralıqla qarşımıza çıxır.

Ümid edirəm tədbiqetmə sizə faydalı olar və öyrəndiyiniz informasiyaları imtahan üçün yox, öyrənmək üçün öyrənəsiniz.

Şərhlər

Gözlə…