BKB 083: Öğrenen Beyin – 4 – Etkin Çalışmanın Sırrı
Bahri Karaçayla Bilim podcastlarımızda "Öğrenen beyin" silsiləsinin sonuncu podcastını dinləyirik bu gün. Lakin qeyd edim ki, silsilənin davamı olmasa belə, məhsuldarlığı…
Bahri Karaçayla Bilim podcastlarımızda "Öğrenen beyin" silsiləsinin sonuncu podcastını dinləyirik bu gün. Lakin qeyd edim ki, silsilənin davamı olmasa belə, məhsuldarlığı artıracaq maraqlı məsləhətlərlə dolu podcastları durur hələ də. Zamanla onlara da göz atacağıq.
Bu podcastımız bir misalla başlayır. Dərs oxumağa başlayan bir tələbə, özünə uyğun mühit yaradır və oxumağa başlayır. 15 dəqiqə sonra mesaj gəlir, cavablandırıb dərsinə davam edir. Bir qədər keçməmiş bu səfər Facebook bildirişi. Bildirişə baxmaq, ardınca bir 2 dəqiqə baxım görüm dünya nə vəziyyətdədi. Nəticə, uçdu getdi 15 dəqiqə.
Tanıdıq gəlir? (Mənə yox. 15 nədi, 1 saat olsa tanış gələrdi).
Yaxşı. Gəlin indi bir misala bir də baxaq. Nəticədə ortada dərs oxumağa çalışan bir tələbə üçün zehni dağınıqlıq yaranır. "Fikri başqa yerdədi". Diqqət dağınıqlığı beynin əsas problemlərindən biridir. Podcastın bu hissəsində beynin əsas 3 sərhədindən danışır. Qısaca qısaca: müddətli yaddaşın zaman sərhədi, fərqli mövzularda beynin keçid sərhədi, diğğət sərhədi. (Diqqət, Yaddaş, Sürət).
Bu mövzu üzrə aparılan tədqiqatlar beynin bir mövzudan digərinə keçiddə yavaş olduğunu göstərir. Önə çıxan problem: beynin eyni zamanda bir neçə işlə məşğul olmasıdır. Bu "multitasking" adlanan çox vəzifəlilik, təxmin edildiyi kimi real olan bir proses deyil. Əksinə beyni həddən artıq yorur və nəticə etibari ilə diqqət dağınıqlığı artır, edilən prosesə fokuslanma zəifləyir, məhsuldarlıq aşağı düşür. Nəticə: yarım saata etməli olduğunuz bir proses üçün bir saat - saat yarım vaxt sərf edirsiniz. (Digər mənfi cəhətləri podcastı dinləyənlərə saxladım).
Yaxşı, bəs indi biz nə edək?
Bahri Karaçay, bu zaman bizə "Pomodoro" texnikasından istifadə edək. Pomidor texnikası üçün bu websayta və ya bu tədbiqetməyə (android) baxa bilərsiniz.
Pomidor texnikası nədir?
Pomidor texnikası: 25 dəqiqəlik oxuma, 5 dəqiqəlik fasilələrlə 3 periyod, ardınca 15-30 dəqiqəlik fasilədən ibarətdir. Sonra yenidən. Bu formada həm dərs oxuyarkən diqqətinizi etdiyiniz işə fokuslamaq, həm də 15-30 dəqiqəlik fasilələr zamanı kiçik - kənar işlərinizi etməyə imkan yaranır.
Yox, sizin öz vaxt aralığınız, planınız varsa, lap gözəl. Sizin üçün bu tədbiqetməni (android) məsləhət görürəm. Telefona yükləyirsiniz, o özünüz üçün ayırdığınız vaxtı seçirsiniz (misal üçün 1 saat) - həmin vaxt ərzində telefondan heç cür istifadə edə bilmirsiniz. Nəticə etibari ilə telefon diqqətinizi dağıtmır və siz həmin vaxtı rahatlıqla o işə verə bilərsiniz.
Gözlə…