Muzafferus
13-cü səhifə
13-cü səhifə · 04.06.2018

BKB018: Zihinde canlandırmanın gücü

Podcastımız bir üzgüçü və bir şahmat oynayandan misalla başlayır. Üzgüçünü deyə bilmərəm, amma digəri haqqında (və yaxud ona oxşar bir obraz haqda) Stephan Sweig-in "Şahmat"…

Podcastımız bir üzgüçü və bir şahmat oynayandan misalla başlayır. Üzgüçünü deyə bilmərəm, amma digəri haqqında (və yaxud ona oxşar bir obraz haqda) Stephan Sweig-in "Şahmat" əsərini oxuya bilərsiniz.

Bahri Karaçay, bu podcastda bolca misallar çəkir. Lakin gəlin baxaq görək çəkdiyi misalların ortaq cəhəti nədi?

Hər biri əvvəlcədən müəyyən prosesi beyinlərində canlandırıb - onu etməyə (beyinlərində) çalışıblar. Bura həmin məkanı gözünü qabağına gətirmə, hərəkəti incəliklərinə qədər təsəvvür etmə, ətrafdakı ətirləri, səsləri belə xəyal etmə aiddir. Siz bir prosesi nə qədər çox dərinləməsinə xəyal etsəz, o qədər daha qüvvətli şəkildə beyniniz həmin prosesi yaşamış olar.

Aparılan araşdırmalara görə bir prosesi etməklə, etdiyini xəyal etmək beyin baxımından eyni formada reaksiya verilir. Başqa bir araşdırmaya görə, bir prosesi edərkən 30 faizə qədər artıq, həmin prosesi xəyal etdiyimizi düşündükdə 13 faizə qədər artıq göstərmək olur. (Təfərrüatları podcastda).

Bütün bular bizə bu nəticəni verir: Bir prosesi etməklə yanaşı, etdiyimizi xəyal edərək də daha çox irəli gedə inkişaf edə və ya güclənə bilərik.

O zaman nə edirik? Xəyal etməyə davam!

Şərhlər

Gözlə…