Muzafferus
13-cü səhifə
13-cü səhifə · 12.05.2018

Marily Oppezzo: Daha yaratıcı olmak mı istiyorsunuz? Yürüyüşe çıkın.

Əvvəl məsələ yaradıcılıq deyərkən nəyi nəzərdə tutduğumuzdan başlayır TED çıxışı. Bir açar düşünün, o açarla qapı açmaqdan başqa nə etmək olar? Bu suala verilən "Zürafəyə…

Əvvəl məsələ yaradıcılıq deyərkən nəyi nəzərdə tutduğumuzdan başlayır TED çıxışı. Bir açar düşünün, o açarla qapı açmaqdan başqa nə etmək olar? Bu suala verilən "Zürafəyə üçüncü göz" - uyğun (yəni real görünən) bir cavab deyil; "bir maşının üstünü cızmaq" - isə xüsusi deyildi. Lakin: "ölüm ayağındakı, çox gizli bir cinayətin qurbanı isəniz, qatilin adını yerə qazıya bilərsiniz" fikrini - yaradıcı fikir saymaq olar.

Bütün bunları nəzərə alaraq Marily Oppezzo komanda şəklində aşağıdakı təcrübəni reallaşdırıblar: 3 qrubu iki dəfə fərqli formalarda yaradıcılıq üzrə test ediblər. İlk qrup əvvəl oturaqlı, sonra yenə oturaqlı vəziyyətdə test edilib. İkinci qrup əvvəl oturaqlı, sonra yeriş bandı üzərində yeriyərkən test edilib. Üçüncü qrup isə əvvəl yeriş bandının üzərində yeriyərkən, sonra isə oturaqlı vəziyyətdə test edilib.

Alınan nəticələrə görə əvvəl oturaqlı vəziyyətdə olan komandanın nəticəsi oturaqlı vəziyyətdə olan ikinci yoxlamada daha da zəif olub. Əvvəl oturaqlı olan qrupun nəticəsi isə ikinci dəfə yeriş bandının üzərindəykən yüksəlib. Təcrübənin ən maraqlı hissəsi isə, yeriş bandında olan qrupun sonrada oturaqlı vəziyyətdə test edilməsində nəticənin əvvəlki qədər olmasa da yüksək olduğu görünüb. Qrafiklərə isə videonun özündə nəzər yetirin.

Marily bu təcrübədən belə nəticə çıxarır ki, beyin fırtınasına ehtiyacımız olan iclaslarımızdan əvvəl yarım saat piyada gəzmək vacibdi.

İkinci məsələ isə, piyada gəzərkən beynimizin daha "açıq" olması, yeni fikirləri özünə cəlb etməsidir.

Bütün bu göstəricilər xüsusi vaxtlarda deyil, gündəlik olaraq piyada gəzməyə vaxt ayırmağımızın; həm sağlamlığımız, həm də beyin fırtınalarımız üçün bizə nə qədər faydalı olmasıdır.

Durun, durun, getdik!

Şərhlər

Gözlə…