Muzafferus
13-cü səhifə
13-cü səhifə · 02.06.2018

Wendy Suzuki: Spor yapmanın beyin değiştiren faydaları

TED çıxışımız bu sual ilə başlayır: Ruh halınıza və fokuslanma bacarığınıza, nəticədə bunun üçün beyninizə həmin andaca təsiri olacaq bir şeylər edə biləcəyinizi desəm nə…

TED çıxışımız bu sual ilə başlayır: Ruh halınıza və fokuslanma bacarığınıza, nəticədə bunun üçün beyninizə həmin andaca təsiri olacaq bir şeylər edə biləcəyinizi desəm nə düşünərdiniz?

Bir neyrobilimci olan Wendy Suzuki, bu çıxışında bizə idmanın beynimizə edə biləcəyi müsbət təsirlərdən danışır. Lakin məsələyə idman edən insanlar üzərində edilən təcrübələrdən yox; birbaşa öz üzərində apardığı tədqiqatdan gəldiyi nəticələr tərəfindən baxır.

Çıxışı dinləyəcəyinizə inanıram. Ona görə çox xırdalıqlara girmiyəcəm. Sadəcə ümumi hissələri xatırlatmaq istəyirəm.

Fokuslanmaq deyərkən; bir şeylə məşğul olarkən bütün diqqətinizi ona yönləndirmək. Diqqət dağınıqlığının azalması. Ruh yüksəkliyi deyərkən, üzərinizdə əzginlik və yuxusuzluq yox; enerji və motivasiyanın olduğunu hiss etmək.

İdman bizə həm foksulanma müddətimizi artırmaqda, həm enerji və gümrah hiss etməkdə, həm də uzunmüddətli yaddaşımızın daha da uzanmasına kömək edir. İdman bizi beyində baş verə biləcək xəstəliklərdən uzaq tutur.

İndi sual verəcəksiniz ki, bütün bu faydaları öz üzərimdə hiss etmək üçün minimum nə qədər idman etməliyəm? Blogdakı köhnə yazıları oxuyanlar bu suala cavab verə bilərlər, yenə də mən təkrar yazım: həftədə 3 dəfə yarım saat olmaqla. Sürətli şəkildə piyada yeriyib arada bir pilləkənla çıxıb-düşmək belə yarım saatlıq bir idman kimi edilə bilər. Əsas odu minimum yarım saat olsun, həftədə ən az 3 gün olsun.

Videonu izləyin, sora da durun-durun, getdik!

Şərhlər

Gözlə…