Muzafferus
Səyahət
Səyahət · 04.01.2018

1. Qax (Mindik bir elamete, gidiyoruz kiyamete)

Hekayəyə əvvəldən başlayıb, cah-cəlalla bəzədilmiş "niyə/necə bu qərara gəldim" cavabını vurğulamaqla başlamaq lazım idi. Lakin yazının özəyi, "nələri etdim" yox, "nələri səhv…

Hekayəyə əvvəldən başlayıb, cah-cəlalla bəzədilmiş "niyə/necə bu qərara gəldim" cavabını vurğulamaqla başlamaq lazım idi. Lakin yazının özəyi, "nələri etdim" yox, "nələri səhv etdim?" sualını daşıyır. Ona görə də "nə etdim"-lərə baxıb səhvləri aşkarlamaq sonra onu necə düzəldə biləcəyimizin yolunu tapmaq lazıdı. İşə bir də bu formada yanaşaq.

Aylardı Tərlan tutdurub ki Yanvarda 3 günlük boşam gedək gəzək. Çox çək-çevirdən sonra gec də olsa yola qoyulmaq üçün imkan tapdım (01.01.2018 11:00). Tərlanın təklifi avtostopla gedib çadır qurmaq olsa da gördüm naz edir (burdan Tərlana salamlar), ayın 2-si yola düşək deyir, standart turistlik gəzinti ideasını təklif elədim, razılaşdırdım, hazırlaşdıq, yola çıxdıq. Yazının adından da görünmədiyi kimi, "İlisu" kəndinə getməyə niyətləndik.

Yazının əvvəlində səhvlərdən danışdım. İlk səhvimiz: yola plansız çıxdıq. Bir gün vaxt itirməyək deyə saat 3 üçün avtovağzalda görüşməyə sözləşdik. Səhvin gələn dəfələrdə olmaması üçün ən az 1 gün öncədən plan qurmaq lazım idi.

Gəldim çıxdım üçə iyirmi dəqiqə qalmış avtovağzala. "Hara gedirsən?" - "Qaxa." Qaxa getmək üçün Balakən, Zaqatala, Qax avtobuslarından istifadə etmək olar, pis vəziyyətdə Şəkiyə gedib ordan Qaxa getmək olar. Tərlana 3 demişəm. 3-də gəldi çıxdı. O gələnəcən nə baş verdi? Balakənlə Qaxa avtobus yox idi, ümidim Zaqatalaya qalmışdı. O da sonuncu Zaqatala avtobusuna 14:45-də əl salladım, getdi. 15:00 olan kimi də Tərlan gəldi çıxdı. Son şans Şəki avtobusu axtarışına çıxdıq. O da nəticəsiz.  "Bəs niyə nəticəsiz?" - Bax, bir səhv də burda ortaya çıxır. Yola tezdəndən çıxarlar, günorta üçdə yox. Özü də yanvarın biri günorta üçdə heç yox. Siz siz olun, 1 gün öncədən plan qurun, erkəndən yola çıxın.

Avtostop müşkül məsələ, avtobus da yox. Yol maşını. Biri 25 dedi, üzümüzü çevirdik, birinə Qax dedik, üzünü çevirdi. 20 deyən kimi qonduq ora. Bir anlıq Tərlanın "Axşam qatarı, rəis" deməsini xatırlayıram, o da bir xəyal kimi, gəldi getdi. Razılaşdıq. Razılaşmaz olaydıq. Adam sən demə 5 nəfəri yolda düşürüb sora bizi düşürəcək, Qaxa gedən deyil ey, elə ölkəni gəzənləri bir yerə yığırmış.

Deməli nə imiş abi? 40 manat taksiyə verincək, üstəgəl axşamı da gedib qalacağımız yerə verməkdənsə, 20 manat verin gecə qatarıyla gedin. Həm yatın, həm gedin. Onsuz avtobusda da yatacaqsınız, gedib axşam da yatacaqsınız.

Turist toplusu yolmaşınımız, getdi Ağdaşda birini düşürdü, Xaldan kuruqundan Şəki istiqamətə yollandı. Şəkiyə çathaçatdayıq. Ağlımızda dəli suallar: "Axşam harda yatacağıq?" İnternet axtarışlarında Qax otelləri baha göründü, şəkidə 18 manata bir yer tapdıq, rezerv elədik, o da zəng elədiki, doludur. Elə həmin ərəfələrdə, Xəyya adlı İlisulu bir tanış xahişim üzərinə zəng elədi ki, Qaxda Kümrük otel var, 20 manatdı otağı, havaxt çatsaz ha ora gedə bilərsiz". Dərin bir nəfəs alıb, sakitcə yolumuzun Qaxla sonlanmasını gözlədik.

Adam bir yola düşməmişdən qalacaq yerini planlayar, bizim kimi əlimyandıda qalmaz. Qaçaqaça düşməz. Etmiyin eləmiyin.

Gəldik çatdıq Qaxda İcranın qabağına. Yekə bir yolka. O dəqiqə bi dənə şəkil. (Sağda həmin şəkli paylaşaraq özümüzü el aləmə biyabr elədim ki, fikirləşsin indi Tərlan.) Gəldik otelə (Mehmanxana), qiymət siyahısını deyim sizə, 1-ci mərtəbə (Balkonsuz) 5 manat - 4 nəfərlik otaqdı, qiymət adambaşına, 2-ci mərtəbə (Balkonlu) 7 manat - 2 nəfərlik otaqdı, televizorsuz. Televizorla 8 manat - adambaşı.

Təxmin eldiyiniz kimi televizorlu otaq götürdük. Açığı mehmanxananı bəyəndim, yolunuz ora düşsə deyə deyirəm: 5486854868 - vayfayın parolu.

Mağazadan yeməyə "bir-iki şey" aldıq gəldik, yedik, yatdıq. Mağaza adıyla gecə biraz çöllərdə gəzim, 5 bağlı mağazadan sonra açıq bir mağaza "Qala market"-i tapandan sonra amma. Dəqiq şəkildə.

Sabah erkəndən oyandıq, bizim əzizimiz, Sənan Niyazi gələcəkdi bu gün. 2 yanvar 2018-ci il tarixində Tərlan ilk dəfə, mən də uzun llərdən sonra sülhüllü yeyəcəkdik. Planımız helə idi. Plana bax sən, əvvəl dedik günortaya qədər gəzək Qaxda, sülhüllü yeyək. sora gedək Zaqatalaya gəzək, axşam da yenə qayıdıb Qaxda həmin mehmanxanada qalaq. Planı necə qurduq özümüz də bilmədik, yarımyamalaq. Təxmini.

Əsas odu, Sənan gəldi. Gəzdik Qaxın küçələrini, dumanlı yollarını. Sənan bizə  parkları gəzdirdi, küçələrdən bir bir keçirdi, binaları tanıtdı, Kilsəylə uzaqdan tanış elətdirdi. (Bütün şəkilləri də bir-bir paylaşmıram, maraqla videonu gözləyin deyə).

Sənan bizi Qaxın Marsan kəndinə apardı (Azerbaijanian - Azərbaycanlı deməkdisə, Marsan - Marslı deməkdi dedik, güldük). Qurudulmuş ətlə sülhüllü yedik. Sülhüllü o torpaqların ləziz yeməklərindəndi. Qurudulmuş ət isə qışda hazırlanır, soyuq havada duzlanıb gün altında qurudulur. Təxminən ilkin ətin 2/3 hissəsi itir. Yaya qədər istifadə edilir.

Yedik, doyduq, süfrələrinə bərəkət. Qayıtdıq Qaxa. Qayıdarkən İlisuya gedək ya Zaqatalaya deyə fikirləşdik. Axı düzəməlli plan qurmamışdıq. Ona görə də getməyin çətin olacağını (saat təxminən günorta üç idi) qərar qılıb Qax küçələrinə axdıq. Adam kimi plan qurmaq, saatları nəzərə almaq lazımdı. Ən əsası da hara necə gedəcəyini öncədən planlamaq lazımdı.

https://www.youtube.com/watch?v=JYuRgDNyffs

Qax yazımızdan bu qədər. Qaxa aid vidyoma yuxarıdan baxa bilərsiniz. Unutmayın, bir neçə gün öncədən plan qurun, erkəndən çıxın, qalacağınız yeri, nəylə gedəcəyinizi öncədən tapmağa çalışın, planlı olun. Növbəti yazılarda İlisu və Şəki gəzintimiz də yer alacaq. Hələki bu qədər.

Şərhlər

Gözlə…