Muzafferus
Səyahət
Səyahət · 21.10.2018

Trabzon səfəri (1)

Müəyyən məqsədlər üçün, müəyyən hadisələrdən əvvəl, müəyyən şəxslər, müəyyən şəxslərlə birlikdə müəyyən yerlərə getmək istəyirdilər. Bütün bu meəyyənlik, əslində qeyri nüəyyən…

Müəyyən məqsədlər üçün, müəyyən hadisələrdən əvvəl, müəyyən şəxslər, müəyyən şəxslərlə birlikdə müəyyən yerlərə getmək istəyirdilər. Bütün bu meəyyənlik, əslində qeyri nüəyyən idi. Enşteyinin bir sözü var ey, "Taneı zər atmaz", elə təsəvvür edək ki, zər atıldı, mənə düşdü. Qalan büten hər şeyi əvvəlki qeyri müyyənlikdə saxlayıb çox sıxıcı bir məsələyə çevirək.

Hə, yığdıq veş-vüşü, düşdük yola; Trabzon turu adı altında. Nələr gələk başımıza nələr olacaq, nələr edəcəyik? Oho. Heçnə bilmirəm. Xəbərim yoxdu. Gələcək zamana ziyarət edib məlumat verə bilərəm.

Pul varəsində bəxtim gətirdi deyəsən, 6 qoşa olmasa da 5 qoşa falan düşmüdü, ən azından 4; əsas odu qoşadı. Bütün xərclərim ödəndi. Ona görə geniş şəkildə pul məsələri haqda informasiya ver bilməyəcəm, amma bu gəzintimin, gələcək zamanlı oxşar yol yoldaşları üçün ön təcrübə olması üçün, maksimum şəkildə informasiya verməyə çalışacam.

Bir xeylaq pul xərcləyib, bolca yol üçün ərzaq aldıq. Həddən artıq. Görək yyib sonuna çata biləcəyik?. Turun qiyməti 135 azn, 3 gecə 4 gün (3 gecə idi? 2 gecə qalası idik, axı, dəsən 2 gecə 3 gündü, qalanı avtobus). İstiqamət Trabzon (Nothing video silsiləmə salam olsun, say artırmaq lazımdı).

Hə. Yığdıq yığacaqlarımızı, saat 3 üçün nəzərdə tutulan toplanış yerinə germək üçün saat 2-yə 10 dəqiqə işləmiş yola qoyulduq. Burda bir səhv vardı, yükümüz ağır falan olduğu üçün, *9933-lə 6 manata getdik (siz reklam sayın, mən xərclər barəsində informasiya verməyə çalışdığımı deyim, taksify-ı ilk yoxladım 6.50 azn yazdı, onla gedəcəkdim, sürücünün gəlib çatması üçün 43 dəqiqə gözləməyə ərinməsəydim). Hə. Saat 2də gəlik çatdıq. Demək nə etmək lazımimiş? Ya avtobusla gələcəksən gəlmək istədiyin yerə, ya da 1 saat əvvəldən, 2 yox. Hə, qısası 1 saat tez çatdıq. Bekar dayammayıb Macdonaltsa (28 moll) baş çəkdik, 1 menü + 1 kartof dedim, 2 menü yazdı, sildi artıq aldığı ödənişi geri qaytarandan sora sifarişimizi istədiyimiz şəkildə aldıq. (Ay adam, axı sizin iş qaydasıdı, sonda sifarişi təkrarlayıb - təsdiq alıb helə edirsiz əməliyyatı).

Nəsə, beləcə vaxt öldürüb 3 üçün (5 dəqiqə qalmış) toplaşma yerində olduq. 25 dəqiqə gözləyəndən sora avtobus gəldi. (Bir əl sürücüyə lənət oxudum, 25 dəfə - burdan da bir əlimdə 25 barmaq var kimi bir nəticəyə gəlməyək).

Birəzdə kimlərinsə gəlib çatçağın gözlədik, o ara yerləşməyə - yolda nələri hansı ardıcıllıqla yeyəcəyimi planlamağa başım qarışdığı üçün, gecikənlərə görə əsəbləşmək yadımdan çıxdı. Bax indi yadıma düşdü, adamsız, adam balasız. Mən bir saat tez gələ bilirəm, sən 30 dəqiqədən də artıq gecikirsən. Olmaz belə. (Sonra öz gecikdiyim, gözlətdiyim xüsusi insan yadıma düşdü, utandım, bir daha üzr istədiyimi belə ümumi formada bildirim).

Yol haqqında uzun uzun yazası bir şey olar deyə ümid edirəm.

Ayda, yerin adı yadımda deyil, deyəsən, Çıraq restoran idi, ürəyimdən lülə yemək keçdi, qiymətin 3.50 azn olduğun öyrəndim, çay, və lülə-kabab sifariş etdim (1 şiş - 5 manatlıq yemək nəzərimdə tutmuşam - dedim axı xərclərim vir yerə qədər qarşılanıb amma 6 qoşa düşmüyüb bəxtimə, - əsas odu qoşadı). Çayın yanında şiniyyat da verirlər, bax ehtiyatlı olmaq lazımdı. Soruşdum, dedilər yediyin pulun ödəyirsən, dəzgah deyil.

Hara deyil, gəldim kassaya axırda ödəniş üçün bi dənə də qazsız yarım litirlik su götürüb, dedi 7.50 azn. Dedim şirniyatlara dəyməmişik, az olar birdən. Soruşdu ki heç birinə, dedim heç birinə. Oldu, düzgün qiyməti dedilər, 5.50 azn, ödəniş edib getdik. (3.50 azn lülə, 1.00 azn çay, 1.00 azn su). Avtobusa mindik. Avtobus demişdən, avtobus barəsində öncədən heçnə deməmiçdilər, dedikləri qədər var idi: heç nə yox idi. Amma bir kondisoneri var idi ki, pəh!. Dondum. Normalda 2 dəfə avtovusla uzaq yola çıxmışlığım var,  ikisində də eyni şey olmuşdu: donmuşdum. Bəli. Bu səfət təcrübəli olaraq uzun qol paltar götürmüşdüm yanımda o da bəs eləmədi, ayaqlarım və başıma ancaq soyuq vururdu.

Hələ, bu harasıdı. Siqaret. Bəh bəh bəh. Avtobusun içində kmsə siqaret çəkirdi. Bunu yazdım bir qırağa. Qayıdandan sora Turizm nazirliyinə, və siqaretlə bağlı sərəncama uyğun hansı orqan xidmət göstərirsə onun qaynar xəttini tapıb şikayət edəcəm. Əvvəl getdiyim hansı tur şirkətini onu dəqiqləşdirməliyəm.

Hələ bu yol. Hər petrolda saxlayıb 15 dəqiqə siqaret fasiləsi verirdilər. Bezdim gözləməkdən.

Xırdaçılıqlara qalsa, çox danışmaq olar, 18 oktyabr üçün yola çıxdığımız səfərin gecəyarısında (12 tamam), gürcüstan sərhədinə çatdıq.

Biraz həyəcan qatım dedim, sırayla gedirik, arxamca gələn adamdan ya sarımsaq, ya da araq iysi gəlirdi, ayırd edə bilmədim, leş kimi iylənirdi. Təsəvvürümə gətirdim ki narkotik istifadəçisidi, ehtiyatlı olmalıyam, bütün hisslərimi oyatdım, diqqətimi o adama verdim ki heç cür mənə toxunmasın, cibimə nəsə ata bilər, dəfələrlə ciblərimi yoxladım. Birəz keçndən sora keçdik sənəd yoxlama hissəsinə, o da şəkili mənə oxşadammadı, soru sola tutdu, qan qurupu, axırıncı dəfə haçan gəlmisən falan. Bizdən əvvəlkin göz rənginə ilişmişdi. Kankret nöbədə ürəyi sıxılır, bilmir vaxtı necə keçirsin, başın qatsın.

Düşdük yola, gecə saay 01:42; hardasa bir yerdə durduq, 2.70 lə kiçik bir miqdar dolları lari-yə çevirdik. Ardınca yola düşdük, səhər yemyini bilmirəm amma; hədəf günorta saat 2 üçün Trabzona çatmaqdı.

İçimdən bir fytbol həvəsi keçdi, qəribə bir sevibc və enerji yarandı. Heyf, əvvəldən planlasaydım, Karvan formamı geyinib gələrdim. Olsun. Gedək, Trabzonun özü oynasa evdə və bilet ucuz olsa, ona; olmasa da aşağı liga komandalarından tapıb getmək istiyirəm baxmağa. Görək nətər olur.

Saatlar 02:12 göstərir, amma bilmirəm, haranın saatına görə göstərir, məncə 1 saat fərqimiz olmalı idi Tiblislə. Hə, Tiblisin içindən keçirdik, tur rəhbəri bəzi binaları göstərir, adların çəkir, növbəti dayanacağa saat yarım qaldığını bildirir. Bir də Kür çayı.

Sənin olmadığını bilə-bilə özünküymüş kimi hiss elətdirən çeylər var. Misal üçün yaşadığın ərazilərə aid olmayan bir futbol komandası, çox uzaqlarda çəkilən serial, və ya bir çay. Kür. Burda nə yerinə "Kür çayı", mahnısı düşərdi, Fuad Dadaşovun, Gültəkinlə gitara coveri. Pəh. Amma birəz kədərlidi, tam yerinə düşmüyəcək, amma yuxu gətirə bilər. Yola davam.

Getdik harasa çatdıq, yol yoldaşım kofe, mən kapiçino aldım, o içəmmədi (americano idi), ikisin də mən içdim. Sok, şirinquş falan aldım, oldu tamam. Wifi də tapım, yazının bura qədər olan hissəsin təhlükəsiz yerə göndərdim.

Yol gedəndə adamın ağlına min bir idea gəlir. Mini qoyaq kənara, gələk əsas o bit dənəyə. 3cü kitabım elmi fantastika janrında olacağı üçün, biraz xərc çəkib türkcəyə çevirib,  Tevfik Uyarın elektron nəşriyyatı vasitəsiylə türk ədəbiyyatına qatmaq kimi bir istək. Onsuz satış məsələsin xoşlamıram, pulsuz oaykayıram, elektronunu da qoyram. Sadəcə istədiyim, rəsmiliyi olsun, yazar Muzafferusa aid olduğu bilinsin. Amma əvvəlində noyabr gəlsin çatsın, 2ci kitabımın elektronunu yayım, 2 ildi oxuyan yox idi, indən sora bəlkə 2 nəfər oxuyar (digəri ilk kitabı elektonlaşdırıb pulsuz bloguma yerləşdirəndən sora pdf 5, epub versiyası olan likə isə sadəcə 1 dəfə daxil olunub. Onların da hansı yüklüyüb; hansı oxuyub; bilinmir).

Saat 6da başqa bir yerdə 15 dəqiqəlik fasilə edib yola davam etdik, hələki Gürcüstan ərazisindəyik. Enerjim artıq 8 faizdi. Bir wi-fi tapdım, istifadə etmək üçün app-ə yönləndirdi, yüklətdirdi (öz wi-fi əlaqəsi ilə), sora istifadəyə icazə verdi. Bəyəndim. Sağolsunlar (burada həmin app-in linki olacaqdı - yadıma salan olsa).

Saat təxminən 6, Kutasi isriqamətinfə şəhərə girirk,oyan/yat/oyan/yat, maraqlı bir şey yoxdu; işin içinə əyləncəqatmaq lazımdı. Bir dəfəsində bir yerdə belə bir şey eşitmişdim ki beynimizi inkişaf etdirmək üçün edəcəyimiz şeylərdən biri də, bir yerdə oturub, gəlib keçən insanlar üçün hekayələr uydurmaqdı. Yolda heç kim yoxdu, ancaq evlət və pəncərələri var. Pəncərə belə bəs edər mən: bu evdə siyasətçi oturur, xəbəri yoxdu bir həftə sora həps olunacaq; bu evdə gənc ailə yaşayır, yaxın müddəy ərzində övladları dünyaya gələcək, bu biri pəncərəli evdə iki qoca cütlük var; övlarları yoxdu, özləri özləri üçün yaşayırlar; bu biri evdə polis yaşayır, işini sevən, hər kəsə kömək olmağa çalışan; bu biri evdəki cavan oğlan xərçəng xəstəsidi, amma qalib gələcək, iki il sora yol qəzasında öləcək; digər evdəki ata oğlunu paytaxta yola salmağa hazırlaşır, təhsil dalınca; digər evdəki hamilə qadın yoldadaşının hərbi xidmətdən qayıtmağını gözləyir, gözünə yuxu getmir; digər evdəki yatmayan cavan oğlan isə ilk romanı üzərində işləyir, başı qarışıqdı,uğurlu olacaq; digər evdəki balaca körpə böyüyüb baş nazir olacaq - indiki baş nazir də haçansa balaca uşaq olub, hansısa pəncərəli evdə; digər evdəki uşaq sabah velosiped almağa gedəcək; digər evdəki qadın yoldaşından yeni boşabıb; işdən məzuniyyət götürüb buralara istirahət üçün gələn tələbə də növbəti pəncərəli evdə yatır; yatır; hər kəs yatır; yatmaq vaxtıd.

Saat 9. Batumi içindən keçirik, tur rəhbərimiz bizə ətrafdakı binaları göstərib adların sayır. Yarım saat sora sərhətdəyik, keçib avtobusa minirik, yola qoyuluruq, 3 saatlıq yola hələ var qarşıda.

Belə deyim, qidalanmanı düzgün edəndə min bir iş gəlir başa, mini getsin qırağa, o sonuncu bir dənənin adı: "köp", mənim adlandırmamla "Şar effekti", qarın şişir olur şar boyda, iynə tapmırsan ki partdadasan, o üç saatı ağrı içində gəldik çatdıq, burasın qeyd edim ki hər şey yaxşıdı, bura qədər, belə.

Şərhlər

Gözlə…