Muzafferus
Səyahət
Səyahət · 22.10.2018

Trabzon səfəri (2)

Qırmızı Körpünün başlanğıcı. Bir hekayəyə necə və hardan başlamaq lazımdı danışmağa? Sondan? Əvvəldən? Ordan/burdan? Bəlkə elə niyə danışmalı olduğundan? Boş-boş…

Qırmızı Körpünün başlanğıcı. Bir hekayəyə necə və hardan başlamaq lazımdı danışmağa? Sondan? Əvvəldən? Ordan/burdan? Bəlkə elə niyə danışmalı olduğundan? Boş-boş məsləhətlərdən? Yoxsa sadəcə danışmaq ehtiyacından?

Bunun burası mənə aid, qoyaq onu bir kənara, digər tərəfə aid olan hissəyə keçək. Qarışıq şəkildə olacaq yəqinki.

Travzona yerləşdik, məsləhət görülən alış-veriş yerləri: Meydan; Cevahir, Form. Cevahiri bilmədim, amma meydanda gzə də bilərsiz, tarqovı tioli bir yerdi.. Form isə bizim moll-ların birəz böyük versiyası.

Gələk Formdan dolmuşla meydana, geri qayıtmağı da tək tərəfli adam vaşı 2.50 tl. Məsləhətli hamsi yeri də Meydandan aşağı parkın bitəcəyində Murat Balıkçı var; səhv xatırlamıramsa 17 tl idi bir porsion.

Ən əsası, nə edəcəyinizə ən əvvəldən qərar vermək lazımdı. Gəzmək ya alış veriç etmək? Haranı görmək, nə almaq? Gansı ardıcıllıq üzrə gəzəcəksiz, hansı listə uyğun alacaqsız?

Nətər gəldi edəndə mənim kimi iki gününüz gedəcək, ortada da alınması gərəkənlərin 70 faizini falan almış (artıq şeylər də alınmış) şəkildə qalarsız ortada yada ən son düşüb kritik olan alınacaqlar dalınca.

Apteklər (eczane) gündəlik işləyənlər var saat 6da bağlanır. Şəhər üzrə 4 regiona bölünüb hər regionda 1i olmaqla növbətçi eczaneler var. Gecə birin tapdıq; səhər 8də bağlanacaq; başqa növbətçilər açılacaqdı. Normalda isə 10da açılır (çox yer) axşam 6da da bağlanır (çox yer). Bəzərə almaq lazım idi.

Başqa nə deyim? Sərhədlər. Sərhəddə hər şey ola bilər. Keçən dəfə (4 ay əvvəl) 6-7 saat təxminən gözləmişliyimiz olub. Bu səfər çox rahatlıqla keçdik, yarım saatdan az çəkdi ki 40 nəfər falan keçsin, 1 saatda gözlədik avtobus keçdi, saat yarıma - uzağı 2 saata həll olundu, o da ki avtobusu gözləyirdik deyə oturub çay içə içə gözləmək rahat oldu. Sırada gözləsəydik, aldıqlarımızı ciddi şəkildə yoxlayıb çəkilərinə falan vaxsaydılar, daha betər olacaqdı, belə sakitcə çayla oturub gözləmək rahat oldu.

Nəticə odu ki, yola düşdük, artıq 22 oktyabr gecə saat 1. Tur bitir. Bakıya çatırıq ordan da evə.

Sadəcə ya mən çox bərbat insanam heç kəslə yola gedə bilməyən; ya da sadəcə yol yoldaşımızla sözləriniz düz gəlmirdi.

Yol yoldaşı məsələsi çox ciddi məsələdi. Adamı deyir yolda tanıyarsan. Görən çox bərbat biriyəm? Mənlə yol yoldaşı olmaq lazımdı. Getmək, gəzmək.

Məni qoyaq bir qırağa. Ümumiyyətlə bacardıqca getmək, gəzmək lazımdı. Oturmaq yox, görmək lazımdı. Çox oxuyan - çox gəzən söhbətinə girmiyəcəm, ikisindən də eləmək lazımdı. Vaxt tapmaq olur. İsiyəndə olur. Fürsətləri dəyərləndirəndə olur. İnanın ki olur.

Bu səfər mənə nə öyrətdi, bilmirəm, Kənana əfəndinin "yaşamaq üçün ölkələr" sualındakı "Türkiyə" məsələsini düşündürməyə vadar oldum sadəcə. Dil faktoru çox ciddi məsələdi. Keçən dəfə Gürcüstan (Tiflis) səyahətimdə qey eləmiçdim, dil məsələsin. Bu səfər türk dilini ana dilinə yaxın bilirdim deyə; o rahatlıq, o "təhlükədəyəm" qorxusundan uzaqlıq elə xoş oldu ki, bəzi hallarda hətta Bakıdadından belə daha rahat oldum. (Xırdalanı demurəm,  həyatımda ən narahat olduğum - getdiyim/olduğum şəhərlər arasında birixi yerdədi, ya 2).

Təhlükə hissindən uzaq, dil baxımından özünü rahat hiss edəcək, öyrədici, bol gəzintili növbəti səfərlərə qədər (bu səfər yazıların da blogda ayrıca bölməyə çıxarmağın vaxtı yetişdi).

Şərhlər

Gözlə…