Muzafferus
Staj günlükləri
Staj günlükləri · 08.11.2022

#0. Bu gün nə öyrəndim - 2022.11.08

Və bəli, yenidən bu blogu aktivləşdirmək vaxtı gəlib çatıb. 4 il əvvəl elə bu gün (8 noyabr tarixində) bloga stop deyib sonuncu yazımı yazmışdım. 3 aylıq staj günlüklərimi…

Və bəli, yenidən bu blogu aktivləşdirmək vaxtı gəlib çatıb. 4 il əvvəl elə bu gün (8 noyabr tarixində) bloga stop deyib sonuncu yazımı yazmışdım. 3 aylıq staj günlüklərimi dayandırmışdım. Düşümmüşdüm ki bəsdi, bundan sonra bölüşəcək nə motivasiyam var nə də ciddi bir şeyim.

Və 4 il üstündən keçdi. Və yenə eyni gün qərara aldım ki yenidən öyrənməyə başlayım, yenidən öyrəndiklərimi bölüşüm. Niyə də yox? Remote işləyirəm, uzaqdayam, həvəs və motivasiyam, əhatəm yoxdur ki yeni şeylər öyrənim, çünki ətrafımda mənə mativasiya verən - yeni şeylər öyrənən şəxslər yoxdur. Mən də bu blogu özümə motivasiya verən bir şəxs kimi düşünəcəm. Yeni şeylər öyrənəcəm və onları burada bölüşəcəm.

Görək davamlılığımız nə qədər olacaq bilmirəm, amma maksimum verimli zaman keçirib yeni şeylər öyrənib bunu da sizinlə bölüşməyə çalışacam, siz də ər gün bu blogu oxuyaraq bol bol yeni şeylər öyrənəcəksiniz. Dəstək olmaq üçün bloga abunə ola bilərsiniz (hər gün email gəlsin deyə) və ya hər gün axşam siz də bu gün nələr öyrəndiyinizi rəylərə yaza bilərsiniz. Belə. Uğurlar olun deyək və başlayaq.

Başladıq!

Şərhlər

Gözlə…