Muzafferus
Staj günlükləri
Staj günlükləri · 30.07.2018

1. İlk gün

Bu gün android developer olaraq stajımın ilk günü idi. Dedim bu gün ümumi nələr öyrəndim, nələrə baxdım, fikirlərimi paylaşım ki, dərslərinin sonunda olanlar-kurslarını yeni…

Bu gün android developer olaraq stajımın ilk günü idi. Dedim bu gün ümumi nələr öyrəndim, nələrə baxdım, fikirlərimi paylaşım ki, dərslərinin sonunda olanlar-kurslarını yeni tamamlayanlar üçün "Daha nə bilməliyəm?" sualına cavab verə bilək və "Staj necə olur?" sualı üçün beynində bir fikir formalaşdırmaqda köməklik etmiş olaq.

Demək belə.

Gün yoğun keçdi, baş qaşımağa vaxt tapmamaq kimi bir şey

Axıra yaxın da android studio yenə öldürdü-öldürdü diriltdi.

Bax kodları yazırsan, yazırsan, yazırsan. Sonra "run" düyməsinə basırsan - müəyyən proseslər gedir, nəticədə yazdığın kod apk şəklində telefonuna yüklənir telefondan test edirsən. Bax o proseslər var ha. Onlar çox gec-gec gedir. Bu günkü rekordum 20 dəqiqə oldu - onu da "Cancel" elədim, yenidən başlatdım 1 dəqiqə 23 saniyə çəkdi. Məzələndi mənlə. Kod yazdığın yerdə android studio ilişməyə başlayır, heç nə edəmmirsən, elə bil donur; gözdüyürsən 3 dəqiqə falan özünə gəlir sora. Arada 5 dəqiqəyə qədər çıxır ya da tez tez olur. Belə. Bunlara görə vaxt itirirəm. Yoxsa daha çox şey edərəm. Texniki problemlərim var: komputer. Tasklar - müəyyən işlər, verilir, yerinə yetirirsən sora başqaları. Belə.

İlk task: google və facebook üzərindən giriş edib əsas dataları almaq. Səhər 10dan başladıq deyim, çünki 9-11 arası cəmi 1 saat işliyə bildim ona görə. 10dan başladım, ortada 1 saat fasiləylə 3də bitdi. Burda nə elədim, tədbiqetməyə girərkən qeydiyyatdan keçməyə çalışırsan ey; bax o prosesi asanlaşdıran düymələr olur facebook/google giriş kimi. Onu edirdim.

Yazdığım kod Facebook (https://developers.google.com/identity/sign-in/android) və ya Google (https://developers.facebook.com/docs/facebook-login/android/) vasitəsiylə email/full name/ id - məlumatlarını alır. Bilmirəm bunu işlədəcəyik ya yox. Əgər işlədəcəyiksə əsas pojenin girişinə yarayacaq.

Sonra tapşırıq verildi hardasa 4-ün yarsı olardı. Addımları sayan program düzəltmək. Gəzdikcə ekranda addımları və məsafəni yazsın. Orda "dananın kuyruğu koptu".

Donmalar, gözləmələr.

Saat 5-də onu dayandırmağım məsləhət görüldü. O yarım qaldı.

Dur ortasında bir şey yaddan çıxdı. Orda 4-ün yarsı ilə 5 arasında bir də gitlab (https://gitlab.com) hesabıma elədiyim kodları yüklədim. İlk dəfə idi. O da yeni öyrəndiklərimdən. Sonra da git sisteminin əsas əmirlərini (https://www.youtube.com/playlist?list=PLPrHLaayVkhnNstGIzQcxxnj6VYvsHBHy) öyrənməyim tapşırıldı. Saat 6ya qədər. Addımsayar başqa bir tədbiqetmə üçün lazımdı. Gündəmdə isə başqasıdı deyə o təxirə düşdü.

Gündəmdə olan programa sabahdan qoşacaqlar məni. Real lahiyə üzərindən tasklar edəcəm.

Bu git məsələlərini 7-yə 15 dəqiqə işləmiş falan bitirdim. Qısa bir sorğu sual elədik Kənanla. Yığışdandım

Git nədi?

Bax sən evdə kod yazırsan, sora onun yeni versiyasın yazırsan-dəyişikliklər edirsən. Sora yenə. Orda problemlər olur. Sora mən davam edirəm, sən problemləri qeyd edirsən, mən düzəldirəm. Bütün bu dəyişiklikləri yadda saxlamaq üçün lazım olan sistemdi: Versiya kontrol sistemi (versiya nədir bilirsən). Bunuda GitLab platforması üzərindən edirik: 4 Gb adam başına yer verir pulsuz.

Gizli lahiyələr düzəltmək olur. Digərlərində publicdi elədiyini hamı görür. Mən də onun xüsusi - git əmirlərini öyrəndim

Bu da bu günlük git-ə aid yazdığım kiçik qeydlər: Git-1

Yekun olaraq:

GitLab hesabıma proje əlavə eləməyi təcrübə elədim, git və gitlab haqqında - işlətməyi öyrəndim, facebook və google login eləməyin yolunu öyrəndim. O donmalar vaxt aparmalar olmasa - adımsayarı da tamamlayardım bəlkə də. Amma day keçdi. Keçmiş keçmişdə qaldı. Qabağımıza baxaq.

Qısaca deyim, git işlətməyi öyrənməyə çalışın, gitlab-github hesablarınız olsun. Komputerinizi bacardığınız qədər nəzərə alın. Digər yazdığım məsələlərə də istəsəz baxın, istəməsəz baxmayın.

Android developer olmayanlarla whatsapp dadında söhbət kimi oldu. İstifadə etdiyim linkləri də yazının içinə yerləşdirmişəm. Ümid edirəm yazı sizə faydalı olmuşdur. Sabahadək.

Şərhlər

Gözlə…