11. Doqquzuncu gün
Günü iki hissəyə bölüm. Yeməyə qədər olan hissə: Youtube video playerin üzərində işlədim.…
Günü iki hissəyə bölüm. Yeməyə qədər olan hissə: Youtube video playerin üzərində işlədim. (https://stacktips.com/tutorials/android/how-to-customize-youtubeplayer-controls-in-android) SeekBar istifadə elədim. Layihəni tamamlayıb gitlaba push elədim. Yeməkdən sonrakı hissə bottom navigator view üzərində işləməyə başladım. Əsas araşdırdığım mövzu: geri düyməsi basılma prosesləri oldu. Bitirmədim. Sabah da davam edəcəm.
Əsas problem nədi deyim. Biliyimin az olması. Komputer mühəndisliyi və ya elmlərində təhsil almamışam. "Data structure", "stack" kimi mövzulardan məlumatsızam. Hər hansı bir algoritmik kitab oxumamışam. Yaddaş mövzusunda biliyim yoxdu, dəyişənlər harda saxlanır, necə saxlanır, hansı formada idarə olunur. Bilmirəm. Kursda keçirilən o qısa informasiyalardan söhbət getmir (Stack/Heap). Sadəcə söz olaraq keçirilib onlar. Bəs eləmir. Hardan başlamalı olduğumu bilmirəm amma bir yerdən başlamaq lazımdı. Çoxlu kitab oxumaq, araşdırmaq, nümunələr işləmək lazımdı. Əgər real olaraq işləməyi düşünürəmsə bu səhədən, indikindən iki qat artıq enerji sərf etmək lazımdı.
(Think Java ilə başlaya bilərik: http://greenteapress.com/wp/think-java/)
Belə.
Gözlə…