Muzafferus
Staj günlükləri
Staj günlükləri · 30.08.2018

32. İyirmi ikinci gün

Bu günkü günüm necə keçdi? Əsas, neçə vaxtı linkləri saxlamırdım bloqda paylaşmaq üçün, bu gün bir neçəsin saxladım. Saxlamaq lazımdı. Hə. Əvvəl dünəndən o yarım qalan taskımın…

Bu günkü günüm necə keçdi? Əsas, neçə vaxtı linkləri saxlamırdım bloqda paylaşmaq üçün, bu gün bir neçəsin saxladım. Saxlamaq lazımdı. Hə. Əvvəl dünəndən o yarım qalan taskımın üstündə əlləşdim. Sonda tapdım, hazırladım. Bitdi. Push elədik getdi.

Sora yeni 3 task verdilər. İlki ortada şəkil olan adi səhifə idi; onu düzəltdik, ama qeyd edim ki activity üzərindən yox fragmentlər üzərindən işləyirik. (https://stackoverflow.com/a/28270011/4879035 https://stackoverflow.com/a/28937224/4879035 https://stackoverflow.com/a/10173576/4879035)

Sonrakı elə günün axırına qədər getdi. CustomDialog qurmağa çalışırdım, qurdum hazırladım, dizayna uyğunlaşdırdım. Sadəcə qaldı onu fullscreen edib arxa fonu ağ-transparan etmək. O da sabaha qaldı.

Belə.

Şərhlər

Gözlə…