36. İyirmi dördüncü gün
Bu gün 2 dialog səhifəsini hazırlamalı idim, keçən həftə sonu hazırladıqlarımla oxşar idi. Onlar üzərində işləyib günorta yeməyinə qədər bitirdim. Burada bir daha FrameLayout-u…
Bu gün 2 dialog səhifəsini hazırlamalı idim, keçən həftə sonu hazırladıqlarımla oxşar idi. Onlar üzərində işləyib günorta yeməyinə qədər bitirdim. Burada bir daha FrameLayout-u praktika etmiş, iki fərqli şəkli üstüstə yerləşdirərək istədiyim dizaynı almış oldum. Yeni bir kitabxana ilə də tanış oldum: GitHub-da super bir kitabxana daha, şəkilləri dairələrin içinə alıb, üstünə də rəngli bir border verə bilmək imkanı yaradır. (https://github.com/hdodenhof/CircleImageView). Göz atın. Mən çox bəyəndim. Tapşırığını bitirib commit etdim, push eləmək qaldı, kodlarıma göz atsınlar, (team leader) sonra push edəcəm.
Günorta yeməyindən sonra boş qalmamaq üçün tapşırıq istədim. Android Jetpack mövzusunu araşdırmağım tapşırıldı. Əvvəl android developerdən rəsmi səhifəsinə keçid etdim: ( https://developer.android.com/jetpack/ ). Orada Watch the intro video - var idi (https://youtu.be/LmkKFCfmnhQ) onu izlədikdən sonra 10 videoluq siyahı tapdım ( https://www.youtube.com/playlist?list=PLWz5rJ2EKKc9mxIBd0DRw9gwXuQshgmn2 ). İlki əvvəl verdim linkdəki videodu, mən də ikincisini izlədim. Qaldı 8-i. Bir də bu haqda Google i/o 2018-dən 30 dəqiqədən biraz uzun bir təqdimat videosu da var, onu da yazdım planlarım arasına, izləmək üçün. ( https://www.youtube.com/watch?v=jdKUm8tGogw&t=75s )
Bu arada növbəti tapşırıq gəldiyi üçün JetBack Resarch yarım dayandırıldı. Onu onsuz özüm üçün edəcəm. Yəqin axşamlar evdə vaxt tapıb edərəm. Ya işdən sonra biraz qalıb işləyərəm.
Verilən task 2 hissəli idi, ilk hissəsini tamamladım, ikinci hissəsində sadəcə dəqiqləşdirilməli məqam var idi həm də vaxt çatmadı deyə yarım qaldı- sabah davam edəcəm. Adi bir informasiya səhifəsidi, FrameLayoutdan istifadə edib üst-üstə iki pəncərə göstərirəm, məlumat varsa ilki, yoxdursa ikincisi.
Belə.
Gözlə…