Muzafferus
Staj günlükləri
Staj günlükləri · 11.11.2022

#4. Bu gün nə öyrəndim - 2022.11.11

1. Clean Code kitabından önsöz Hər bir kod ya 7 ildən sonra başdan yazılmalı ya da 7 il ərzində bir yenilənmə prosesinə girməlidir. Kitabın önsözünü çox adam oxumaz, ama mən…

1. Clean Code kitabından önsöz Hər bir kod ya 7 ildən sonra başdan yazılmalı ya da 7 il ərzində bir yenilənmə prosesinə girməlidir. Kitabın önsözünü çox adam oxumaz, ama mən həmişə oxuyuram. Bu önsözdə 1951-də Yaponiyada ortaya atılmış 5S ilə tanış oluruq. Gəlin görək bu 5S nədir?

1. Seiri (Sıralama deyək biz) - Uyğun adlandırmalar edərək nəyin harada olduğunu rahatlıqla tapa bilmək. 2. Seiton (Sistemləşdirmə) - Hər şeyin bir yeri və hər şey öz yerində olmalıdır. Kod parçası onu axtardığınız ilk yerdə olmalıdır, öz yerində. Əgər deyilsə onu yenidən öz yerinə qoymalısınız. 3. Seiso (Səliqə) - İş yerini asılmış naqillərdən, yağdan, qırıntılardan və tullantılardan təmizləyin. Burada kodlarınızın arasında ilişib qalmış rəylər, təkrarlar, dağınıqlıqları səliqəyə salın. 4. Seiketsu (Standartlaşdırma) - Qrup iş yerini necə təmiz saxlamaq barədə razılığa gəlir. Biz də belə düşünək, komanda kodu necə yazmalı, necə saxlamalı, necə standartlşadırmalı olduğu barədə yekun bir razılığa gəlməlidir. 5. Shutsuke (İntizamlı) - Bu, təcrübələrə riayət etmək və işiniz haqqında tez-tez düşünmək və dəyişməyə hazır olmaq üçün intizamın olması deməkdir.

2. Jetpack Compose-a ümumi baxış Bu videomuzda (Dərsimizə davam edirik), Jetpack Compose ilə əlaqədar ümumi 16 dəqiqəlik bir video bizi qarşılayır. Demək keçən dəfə səhv anlamışam o məsələni düzəldim, burda UI hər dəfə yenidən yaradılır, yəni nələrsə gone et nəyisə visible et dərdi əkmir və birbaşa sıfırdan yaradılır həmin hissə.

Jetpack Compose XML və Fragment/Activity arası managementi aradan qaldırmaq üçün gözəl bir alternativdir. Bu zaman bizə Sate lazım olur. State ilə datalar saxlanır, State ilə datalar dəyişdirilir və birbaşa Jetpack Compose elementləri State-i listen edir, dəyişdiyi zaman birbaça yenidən UI yaradılır. Bu yolla observerləri bir bir əllə yazmağa da ehtiyac qalmır, birbaşa dəyişənin state olduğunu deyib (məsələn .observAsSatet()) UI özü state-i observer edir.

Ümumi Compose ilə ediləcəklərin tanışlığı, Compose 1.0 ilə gələn yenilikləri görmək üçün bu videoya göz ata bilərsiniz.

Şərhlər

Gözlə…