40. İyirmi səkkizinci gün
Bu gün necə keçdi?
Bu gün necə keçdi?
Bu gün eləməli olduğum bir çox task var idi. Lakin mən nələr eləmişəm?
1-ini yoxladım, sadəcə test etdim və taskta deyilən errorun baş vermədiyini tapdım. O getdi (kodluq heçnə yox idi; tədbiqetmə istifadəsi).
2-ci. Dil məsələsi. Tədbiqetmə 4 telefonda düz işləyir 5cidə gürcü dilin seçdiyin halda sonradan avtomatik ingilisə qayıdır.
Ümumiyyətlə dil məsələsini araşdırıram. Tədbiqetmədə dili necə əlavə edirik - idarə edirik. Mən araşdırıb bir yerə çıxammadım. Tapdım ey necə əlvə edirik, bu səfər link qoymayacam, özünüz araşdırın, stringlərlə dillər əlavə etməyi. O heç. Bir də istifadəçi üçün dəyişməyə yer qoyursan. O da əla. Qısa axtarışla tapacaqsınız, 5-6 sətirlik hazır koddu. Onunla da sən istifadəçinin seçdiyi dilə uyğunlaşdırırsan həmin activity-ni, sadəcə başqa activity-lərə keçəndə bəzən problem yaranır, ortada əlaqə qırılır. Mən də tapıb həll edə bilmirəm. Olmur. Qalıb belə yarımçıq.
Bu gündən də, bu həftədən də belə enerjisiz sağollaşaq.
Gözlə…